Üz təmizliyinin göz bəbəyi - Sabunlar

Son güncelleme:
  • üz temizliyinde neden istifade etmeliyik - sabun ya gellerin üze faydaları - üz temizliyi haqqında


    İstər köpük, istər gel istər, istər qəlib formasında bir məhsulla olsun; Dərinizin hər gün təmizlənməyə ehtiyacı var. Dəri təmizləmədə seçəcəyiniz məhsulun forması, şəxsiyyətinizlə və vərdişlərinizlə əlaqəlidir. Formasının sabun şəklində olduğuna baxmayın, artıq bu təmizləyicilər içlərində sabun saxlamır və dəriyə zərər vermir.

    Bu da üz təmizləyici sabunlar:

    L'occitane zəngin üz təmizləmə sabunu - 100% she yağı ilə zənginləşdirilən bu nəmləndirici sabun, dərini qurutmadan və dəri təbəqəsinə zərər vermədən incəliklə təmizləyir. Krem tərkibi ilə dəridə təzəlik, rahatlıq və yumşaqlıq hissi yaradar.


    Clinique üz təmizləmə sabunu - Dərimizdə yaranan gündəlik çirk və yağ yığınlarını təmizləyər. Dərinizi yormadan, yumşaq bir təmizlik təmin edər. Tərkibinə olan qliserin sayəsində dərinin gərginliyini götürərək rahatladar.


    Dove üz təmizləyici sabunu - Bir çox pərəstişkarı olan Dove üz təmizləyici sabunu, hər dəri tipi üçün uyğundur... Üstəlik tərkibindəki nəmləndirici krem sayəsində dərini yumşaltmağa kömək edir.


    Dermalogica təmizləyici sabunu - Tərkibində sabun olmayan sabun formasındakı təmizləyici qəlib, dərinin təbii nəmini qoruyaraq dəridəki həddindən artıq yağı və kirləri aradan qaldırar. Eyni zamanda süni rəngləndirici və qoxu ehtiva etməz.


    Sebamed üz təmizləmə sabunu - Üz təmizliyinin yanında bədən və əl təmizliyində də istifadə edilə bilən Sebamed sabunun pH dəyəri 5,5 olduğundan dərini qurutmadan və qaşındırmadan təmizləyir.
    Sabunun tərkbindəki E vitamini, erkən yaşlanmağı gecikdirməyə köməkçi olur. Təbii nəmləndirici amin turşuları sayəsində də dərinin nəm ehtiyacına cavab verir.

    Neutrogena sızanaqlı uyğun cildlər üçün sabun - Neutrogena sabun formasındakı təmizləyici, sızanaq meydana gəlməsinə meyilli dəriləri, dəriyə zərər vermədən təmizləyər. Yağ ehtiva etməyən sabun, dəri səthini qurutmadan, dəridə sızanaq əmələ gəlməsinə gətirib çıxaran yağlardan təmizləyər.


    Oriflame Essentials Fairness dəri rəngini açan sabun - Ümumiyyətlə, siqaret çəkən insanlarda görülən dəri saralmaları və qaralmalarına çarə olan Oriflame Essentials Fairness sabunu, dəri rəngini açmağa və işıqlandırmağa köməkçi olur.



    alıntı
0 0 0