Unudardım həyatımı məhv eyləyən gözəli

Son güncelleme: 03.05.2013 12:11
  • sevgi şeirleri - hesret şeirleri - ayrılıq şeirleri - Unudardım heyatımı mehv eyleyen gözeli şeirin oxu


    noimage

    Yaddaşımdan silə bilsəm ,mən nələri silərdim,
    Xatirəmdə yetim qalan heyif hədər günləri....
    Yaşatmazdım həsrətindən hər gün ölüb dirildən,
    Ömrə günə qənim olan saysız betər günləri....

    ***
    Silə bilsəm yoxluğuna alışaram bəlkədə,
    Çiçəklənib güllü yaza qarışaram bəlkədə,
    Cavanlığdan səhv bilərdim danışaram bəlkədə,
    Xoş çağımı ləkələyən sənsiz kədər günləri....

    ***
    Unudardım həyatımı məhv eyləyən gözəli,
    Mücirəddinin qəddini vaxtsız əyən gözəli,
    Kaş göndərə qadir Allah vəfasıza əcəli,
    O , da yaşaya nə olar mənim qədər günləri....

    noimage


    Mücirəddin Səda Beyləqanlı
#03.05.2013 12:11 0 0 0