sevgi şeirleri - Mucireddin Seda Beyleqanlı şeirleri - Demədimmi şeirin oxu
Çox dəydin bir zaman qəlbimə mənim,
Istərsən vur öldür gəl demədimmi ?
Sənə elə gədi dönmüyəcəksən,
Sən getmək istədin qal demədimmi?
***
əlvida söylədin heç yubanmadan,
Çəkildin gözümdən qəm oyanmadan,
Bağışla deyirsən sən utanmadan,
O, vaxdı könlümü al demədimmi?
***
Yel olub başımda əsmə demişdim,
Məni qıyma - qıyma kəsmə demişdim,
Gedirsən? Sədanı gəzmə demişdim,
Gecikmiş olarsan bil demədimmi?