Dində balıq və çəyirtkə ovu haqda hökmlər

Son güncelleme: 17.05.2013 11:43
  • Balıq və onu ovlamaq haqqında - Çəyirtkə haqqında - Halal və Haram haqqında

    Əgər əsl yaradılışında pulu olan balıq sonradan müəyyən bir səbəbdən pulu tökülmüş olsa da, sudan diri tutulsa və sudan kənarda can versə, pak və onu yemək halaldır. Əgər suda ölsə pakdır, amma onu yemək haramdır, hərçənd yemək kimi bir vasitə ilə ölsədə. Amma əgər balıqçının torunda ikən suda ölsə, onu yemək halaldır. Pulsuz balıq sudan diri tutulsa və sudan kənarda can versə də, haramdır.
    Əgər balıq sudan kənara düçsə yaxud dalğalar onu kənara atsa və yaxud su çəkilsə və balıq quruda qalsa, ölməmişdən qabaq bir kəs onu əl ilə yaxud başqa bir şey ilə tutsa, can verəndən sonra halal olar. Əgər tutmazdan qabaq ölsə haramdır.
    Balıq tutan adamın müsəlman olması və onu tutan zaman Allahın adını çəkməsi lazım deyil. Amma müsəlman onun sudan diri tutulduğunu görməli, yaxud başqa bir yolla onu sudan diri tutulduğuna və ya suyun içində və balıqçının torunda öldüyünə əmin olmalıdır. Sudan diri yaxud ölü tutulması məlum olmayan balıq müsəlmanın əlində olsa və onda yemək, yaxud satmaq kimi halal olmasına dəlalət edən bir istifadə etsə, halaldır. Əgər kafirin əlində olsa, diri tutduğunu desə də, haramdır. Amma əgər insan onun sudan diri tutulduğuna və yaxud suda balıqçının torunda öldüyünə əmin olsa, halaldır.
    Diri balığı yemək caizdir.
    Əgər diri balığı qızartsalar yaxud sudan kənarda can verməmişdən qabaq öldürsələr onu yemək caizdir.
    Əgər balığı sudan kənarda iki yerə bölsələr və onun bir hissəsi diri olduğu halda suya düşsə, sudan kənarda qalmış hissəni yemək caizdir.
    Əgər çəyirtkəni əl ilə yaxud başqa bir şey ilə diri tutsalar, can verəndən sonra halaldır. Onu tutan şəxsin müsəlman olması və tutan vaxt Allahın adını çəkməsi lazım deyil. Amma ölü çəyirtkə kafirin əlində olsa, onu diri yaxud ölü tutulması məlum olmasa, diri tutmasını desə də, haramdır.
    Qanad çıxarmamış və uça bilməyən çəyirtkəni yemək haramdır.

    alıntı
#17.05.2013 11:43 0 0 0