İnsan həm yaxşılıq həm də pislik etməyə uyğun yaradılmışdır. Onun üçün zaman zaman istəyərək və ya istəməyərək günahlara girə bilir. Bu mövzuda Quranı Kərim də, "Allah, özünə şirk qoşulmasının xaricindəki istədiyi kəslərin bütün günahlarını bağışlayar. (Nisa, 116)" buyuraraq hansı günah olursa olsun bağışlaya biləcəyini bildirməkdədir.
Kitablarımız da canı könüldən edilən tövbənin Allah tərəfindən qəbul ediləcəyi ifadə edilər. Necə ki Allahu Təala, Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim Surəsi, 8) buyuraraq edilən tövbələrin qəbul ediləcəyini bəyan edər. Ayədə keçən nasuh tövbə isə belədir:
1-Allaha qarşı günah işlədiyini bilərək, bu günahdan ötəri Allaha sığınmaq və peşman olmaq.
2-Bu günahı işlədiyi üçün kədərlənmək, Yaradıcıya qarşı belə bir günah işlədiyindən ötəri vicdani olaraq narahat olmaq.
3-Bir daha belə bir günaha dönməyəcəyinə dair bir qərar içərisində olmaq.
4-Qul haqqını maraqlandırırsa onunla halallaşmaq.
Bir hədisdə Peyğəmbərimiz belə buyurmuş. Nasuh tövbə budur:
-Günahlara peşmanlıq.
-Fərz ibadətləri etmək.
-Zülm və düşmənlik etməmək.
-İncik və küskünlərlə barışmaq.
-Bir daha o günaha dönməmək üzrə qərar vermək.
İnşallah bu şərtləri yerinə yetirsək Allahın tövbələrimizi qəbul edəcəyindən ümidli olarıq.