Sənin yoxluğunla qəlbim barışmır,
Küsüb qismətimdən deyinirəm mən.
Anadan gen düşən bir körpə kimi,
Sənsiz yaşamağı örənirəm mən....
***
Payızdan ayrılan yarpağ kimiyəm,
Qışda donub qalmış torpağ kimiyəm,
Mən həsrət qoynunda bir dağ kimiyəm,
Sənsiz yaşamağı örənirəm mən....
***
Ömür baxçasında çürüdüm daha,
Kədərdən isindim əridim daha,
Heç dözə bilmirəm inan Allaha
Sənsiz yaşamağı örənirəm mən....
***
Söndü talehimin ocağı közü,
Görmədi heç yanı kor oldu gözü,
Tənhalıq sürünür məhləyir özü,
Sənsiz yaşamağı örənirəm mən....
***
Üzdüm ümidümü kəsdim gumanı,
Sildim xatirəmdən sənli hər anı,
Çalış unudasan səndə Sədanı,
Sənsiz yaşamağı örənirəm mən....
***