Azərbaycan Türkiyə ilə birgə termal silah durbini istehsal edəcək

Son güncelleme: 20.05.2013 09:49
  • Xeberler - Sosial xeberler

    noimage

    Azərbaycanda yaxın vaxtlarda ASELSAN-ın lisenziyası ilə BOA termal silah durbininin istehsalına başlanacaq.

    Bu barədə APA-ya ASELSAN şirkətindən məlumat verilib.

    Artıq termal sistemin istehsalı ilə bağlı müvafiq texnologiyalar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin «Optika» İstehsalat Birliyinə verilib.

    Qeyd edək ki, hazırda ASELSAN-ın lisenziyası ilə Azərbaycanda «Təkgöz» adlanan optik görüş sisteminin istehsalı davam etdirilir.

    ASELSAN-dan o da bildirilib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən şirkətin istehsalı olan «Şahingözü» elektro-optik sistemi, «Piton» adlı termal silah durbini, AN-AVS 6 pilot gecə görüş sistemi və lazer məsafə ölçərlər geniş istifadə olunur.
#20.05.2013 09:49 0 0 0