Şeytanın gücü zəifdir

Son güncelleme: 22.05.2013 08:48
  • Şeytanın gücü ne qederdir - Şeytanın düşmençiliyi insanlarladır


    Şeytan haqqında unudulmaması lazım gələn mühüm bir həqiqət vardır. Şeytan ALLAHın izni olmadan heç nə edə bilməz. ALLAH tərəfindən yaradılmışdır və Onun nəzarətindədir. Düşmənçiliyi insana qarşıdır. Şeytanın ALLAHın nəzarətindən kənarda müstəqil güc olduğunu düşünənlər var. Bu insanların şeytanın ALLAHa qarşı mübarizəsi olduğunu güman edirlər. Əslində isə şeytan bilir ki, insanları ziyana düçar etməyin yeganə yolu ALLAHın dinini yaşatmaq istəməməsidir. Ona verilən müddət bitdikdə cəzasını çəkmək üçün azdırdığı insanlarla bərabər cəhənnəmə atılacaqdır:
    “Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!”
    (Sad surəsi, ayə: 85)

    Unudulmamalıdır ki, şeytanın möminlər üzərində bir gücü yoxdur. Şeytanın gücü yalnız ALLAHın təsbit etdiyi, daha doğrusu, cəhənnəm üçün yaratdığı insanlar üzərində etibarlı olur.

    Şeytan ALLAHın mömin olaraq yaratdığı bir qulu, bəndəni azdıra bilməz. Sadəcə olaraq möminin dünya həyatında imtahan üçün bəzi kiçik xətalar etməsinə vəsilə olur. Şeytanın azdırma təsiri yalnız qəlbində xəstəlik olan kimsələrə olur. Bu həqiqət Quranda belə bildirilir:
    “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib ALLAHa şərik qoşanlar üzərindədir!”
    (Nəhl surəsi, ayə: 99-100)

    “Doğrusu, Mənim (mö’min) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsfəsəndən onları qoruması) kifayət edər!"
    (İsra surəsi, ayə:65)
#22.05.2013 08:48 0 0 0