Dünyanın ən məşhur müğənnilərindən biri, "mavi" Elton Con "Ürək ağrısının əlacı dərddir" deyəndə onun sözləri romantik açıqlama kimi qəbul edilmişdi.
Lakin alimlərin son araşdırmaları müğənninin haqlı olduğunu göstərib.
ABŞ-dakı Kaliforniya Universitetinin alimlərinin apardıqları araşdırma zamanı belə nəticə əldə olunub. Ürək ağrısı və dərdin "dərmanı", sən demə, qəmli, romantik mahnıları dinləməkdir.
Məşhur psixoloq, professor Stiven Palmer deyib: "Ayrılıq ağrısı və ya dərdli anlar zamanı romantik mahnılar dinləmək, filmə baxmaq, kitab oxumaq depressiyadan qurtulmağa imkan verir".