E - minor başlanğıc

Son güncelleme: 24.05.2013 05:48
  • E-minor başlanğıc


    yadındadı
    küçəmizdən keçmə demişdin
    mən də keçməmişdim.
    keçməmişdim... keçmirəm də...
    küçələri gəzən vaxtım çoxdan keçdi
    çoxdan keçdi.
    keçdi mənim üzdən gözdən saldığım
    hər qıza bir nəğmə olan şeirlərim
    qayğısız günlərimdən
    istədiyin oldu...
    indi sənə yazılır şeirlərimin çoxu.
    bu yaz
    özünü küləyə verən saçların kimi dəniz dalğalı
    dəniz demişkən
    yaz demişkən
    düzünü deyəcəm
    bir neçə şairdən yaxşı şeirlər oxudum
    gülməli
    ağlamalı
    Vallah zarafat eləmirəm
    düz deyəndə nə olar?
    adamın Allahı olsun gərək Allahı.
    Deyirəm birdən olmadı elə
    oldu belə
    geri dönsən neyləyərəm?
    bilirsən
    sənə şeir yazmaq o qədər gözəldir ki...
    doğrusu geri dönməyini istəmərəm
    səni belə çox sevirəm...
    bir fincan yavaş-yavaş soyuyan çay
    bir qutu şeir boyu əriyən siqaret
    Bir də Şopendən həzin bir musiqi var-
    e-minor başlanğıc.
    gördüyün kimi alababat başımı qarışdırıram...
    bu bir az məndən
    de görüm sən necəsən?


    Elçin Aslangil
#23.05.2013 23:45 0 0 0
  • Hisseden yüreğinize, emeklerinize sağlık.
    Çok beğendim, mürekkebiniz kurumasın.
    Candan teşekkürler...

    noimage
#23.05.2013 23:54 0 0 0
  • teşekkürler!
#23.05.2013 23:59 0 0 0
  • üreyiniz var olsun
#24.05.2013 05:48 0 0 0