Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 16 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Ay Ana
Ay Ana
1366
Son güncelleme:
24.05.2013 12:19
Ceylan
Anaya aid şeirler - Ananın terifi - Rusif Huseynov Şeirləri - Anaya olan duyğular - Ay Ana şeirin oxu
Bir dəfə sərt baxmamısan üzümə,
Daim işıq, nur olmusan gözümə,
Qüvvə oldun hər an mənim sözümə,
Dilimdəki kəliməmsən ay Ana.
Ağlayarkən göy yaşımı silmisən,
Dərdim nədir məndən əvvəl bilmisən,
Çağıranda harayıma gəlmisən,
Sən qanadlı mələyimsən ay Ana.
Canım qurban balam deyən dilinə,
Qəmli baxışına, o zərif əlinə,
Yavaş-yavaş ağ dən düşür telinə,
Niyə vaxtsız qocalmısan ay Ana.
Dərdimə dərmandı sənin nəfəsin,
Məni yaşadır mənə sevgi həvəsin,
Kecmişdən, gələcəkdən gəlir səsin,
Sən ümidim, gümanımsan ay Ana.
Sənin yerin ürəkdədir, candadır,
Peyğəmbərim düz deyib yadımdadır,
Cənnət sənin ayağın altındadır,
Sən müqqəddəs varlığımsan ay Ana.
MÜƏLLİF : RUSİF HÜSEYNOV
#24.05.2013 12:19
0
0
0
Önceki Konu:
Dəridə ağ ləkələr - Vitiliqo xəstəliyi
Sonraki Konu:
Bayram ədəbi nədir
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma