Tariximizdə bu gün - 25 May

Son güncelleme: 27.05.2013 06:23
  • Tarixin bu günü - Bu günün tarixi

    noimage


    1917. Bakı bolşevikləri Balaxanıda konfrans keçirib

    1918. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası. Fətəli xan Xoyskinin keçirdiyi axşam iclasında bu qərar qəbul edilib: “Gürcüstan müstəqilliyini elan etdiyi halda, biz də tərəfimizdən Azərbaycanın müstəqilliyini elan etməliyik”.

    1920. Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan başlayıb. Üsyanı yalnız 1 həftə sonra yatırmaq mümkün olub

    1925. Bakıda Azərbaycan müəllimlərinin birinci qurultayı keçirilib

    2005. Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çıxarmaq məqsədi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə ilkin neft vurulub

    2009. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib

    2012. Bakıda 57-ci “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinal mərhələsi keçirilib....
#27.05.2013 06:23 0 0 0