Bu qədim azərbaycanlının bariz nümunəsidir..
Əgər Qoç məmurdursa o bürokratdır,nə qədər istəyir sakitcə verin getsin.Çünki onunla sövdələşmə aparmağa heç bir şansınız yoxdur.Qiymətdə düşməyəcək.
Onunla uzun müddət söhbət etmək bezdiricidir-saatlarla danışa bilər ki onun çeşka mercedesi necə krutoydur,o trenajorda dünən nə qədər məşq edib,ya da Zağulbada qızlar ona necə baxırdı.
Özünün haqsız olduğunu etiraf etməyi qətiyyən bacarmır.Hətta səhv etdiyini açıq aşkar bilsə də.Kimsə ona ehtiyatsızlıq edib desə ki nepravsan,ya da çaşdın ala-vəssalam.Ətrafda nə varsa hamısını məhv etmə arzusu işə düşür.Onu yalnız ağır küt alətlə saxlamaq olar.
Əgər Buta Palasda qızla rəqs etmək şansı yaranıbsa bunu kədər dolu sifətlə qarşılayacaq,çünki ürəyində fikirləşəcək ki bu şans bir də ələ düşməyəcək.
Əgər Qoç məhlə uşağıdırsa onunla söhbət çürütməyin.Əvvəl sizi düz başa düşməyəcək,sonra ilişdirəcək,sonra da sınmış burnunuza baxıb üzr istəyərək deyəcək:Adım Tofiqdir,kim sənə sataşsa de ki Tofiqin dostuyam.
Gənc Qoçlara pul verməyin.Son model Black berry alacaq,səhəri gün peşman olub gedib yenidən İphone alacaq.
Qoç kişilər hər şeydə birinci olmağı sevir,bu alınmayanda depressiyaya düşür.
Qoç qadınlar prinsipial və düzgündürlər.Əgər sizin hansısa eyibiniz varsa o çəkinmədən yaxınlaşacaq və bunu sizin üzünüzə deyəcək,hətta bu barədə zarafat etməyi də unutmayacaq.Paltar sərmək üçün ən üzdə olan ip onundur,Yeni ulduza baxmaq istəyirsə,kişisi isə futbola baxmağa hazırlaşırsa fərqi yoxdur,kişi onunla Yeni ulduza baxacaq.Əgər yeni kofta alıbsa 5 dəqiqədən sonra bu haqda bütün tanışlar biləcək.Bircə dəfə Parisə və ya Antalyaya gedibsə bütün ömrü boyu bundan danışacaq.
Buğa
Bütün Zodiak işarələri içərisində ən azərbaycanlısı.
Çayxanada dostları ilə oturaraq deyəcək ki,bu gün heç,sabah mütləq Guccidən 250 dollarlıq köynəyi alacaq.
Rəfiqəsinə kompliment demək istəsə arıqlamısan deməyəcək.Deyəcək ki,iki ay byndan əvvəl kök idin.Yox?
Çox inadkardır,tündməcazdır,xırdaçıdır.
Xasiyyətcə sakit görünsələr də,əsəbləriylə oynayanda və ya məzələnmək istəyəndə dəli olur.Əgər buğa sürücüdürsə Rəşid Behbudov küçəsində tıxacda qalıbsa bütün zamanı siqnal verərək ətyrafdakıları dəli edəcək.
Onu tələsdirmək və ya nəyəsə məcbur etmək olmaz.Əks halda siz vazasız,lyustrasız,qapısız qalmalı olacaqsınız.Hamısını sındıracaq.
Buğa oğlanlar qıza Facebook-da oturmağı qadağan edəcək,msn sildirəcək və ümumiyyətlə internətdən istifadə etməyə qoymayacaq. Bütün bunlardan sonra da qisqanclıq edəcək,hətta divara vurulmuş Timberlake-in şəklinə görə də dava salacaq.
Buğalar manatın xışıltısından sonra avronun xışıltısını sevirlər.İki km artıq gedərlər təki dönərə 20 qəpik az pul versinlər.Bu xarakterləri onlara biznesdə çox kömək edir.Əgər siz ondan 100 manat borc almısınızsa tez qaytarmağa çalışın,çünki həmin andan sizi öz qulu hesab etməyə başlayacaq.
Buğalar dadlı yeməkləri sevirlər.Lülə kabab,basdırma,hətta dolmanı əla bişirə bilirlər.
Buğa qadınlar güclü şəxsiyyətdir.O həm tək ana ola bilər,həm də qəhrəman ana.Qaynana filmindəki qaynana obrazı –bu onların obrazıdır.Onlar insanlara xoş təəssürat bağışlamağı sevirlər.Qəşəng geyimlərə xüsusi həvəs var.Həm də qəşəng yaşamağa.Pulu sevir,Park bulvarda gəzməyi ,Okeanda oturmağı sevir.
Onun üçün sabitlik əsasdır,əgər külək kimi dəyişkənsinizsə yəqin ki sizə deyəcək:”Azpetrol,yaxşı yol!”
Əkizlər
Məhlədə belələrini söhbətfırladan adlandırırlar.Çünki yalnız onlar qırmızı işıqda keçərək qəza törədib,sonra da sübut edə bilərlər ki hər şeydə günahkar yol polisidir.
Aranı qızışdırmağı sevirlər.Bir kəlmə söz atıb çəkilsinlər kənara.
Öz xeyrinə görə əkizlər fikirlərini asanlıqla dəyişə bilərlər.Deyə bilər ki Ədalət Şükürovun fanatıdır,rocka terpet edə bilmir,Alatoranlıq filmini dünya kino sənətinin şedevri hesab edir.
Hər şeydən başı çıxır,hər işlə məşğul ola bilir.Dahilikdən onları ayıran yeganə səbəb tənbəllikdir.Onlar bütün oktyabrı qalın odeyal altında yata bilərlər,halbuki ayağa durub nəfəsliyi bağlamaq kifayətdir.
O başqalarından yaxşı görür,eşidir,hiss edir.Onları hər şey maraqlandırır-Mekshika körfəzindəki qalapaqos tısbağalarından tutmuş futbol,dəb,dinozavrlar.
Onlar hər şeyi bilir.Əgər siz diskotekada əkizlər oğlanı gətirdiyiniz qzla tanış etmək istəsəniz,əmin olun ki o həmin qızı çoxdan tanıyır və onun haqqında sizin təsəvvür belə etmədiyiniz şeyləri bilir.
Facebook-da 5000 dost yığmağa çalışır,alınarsa BUNDAN VƏHŞİCƏSİNƏ QÜRUR DUYUR.
Əkizlər qadının dırnağı sınıbsa,pulunu itiribsə,ya metro kartı işləmirsə onda şaxsey-vaxsey sizə sakitliyin rəmzi kimi gələcək.Burda baş verənləri heç nə ilə müqayisə etmək olmaz.
Həmişə öz aləmində olur,öz evinin həyətində aza bilər.Amma əkizlər qadın həmişə ağıllıdır,müxtəlif məsləhətlər verməyi sevir,hətta bunlardan bəziləri işə yarayır.
Xərçəng
Çox vasvasıdırlar,tez panikaya düşürlər.Barmağına iynə batsın qışqıracaqlar ki ay mama ölürəəəm!Ayağı büdrəsin təcili yardım çağıracaqlar.
Həmişə bir neçə addım irəlini fikirləşirlər.Onlar üçün qəfil heç nə yoxdur.Hətta qapını döyən qışqırırsa ki “Su puluuu”, xərçənglər sakitdir.”Su pulu” çay içmək üçün gəlib.
Təsərrüfatçı kimi görünsələr də əslində yemək hazırlamaqdansa nahara zavod çörəyi,ayran və rolton almaq daha rahatdır onlar üçün.
Ciddi hisslər üçün onlara uzun zaman lazımdır.Ona görə də ikinci görüşdən sonra gözləməyin ki sizə mən səni sevirəm deyəcək.Opüşmək üçün isə 3 ay gözləməli olacaqsınız.Ondan tez alınmayacaq.
Xərçənglər energetik vampirlərdir.O sizə uzun müddət danışacaq ki,Ayka necə pisdir,Sayka ondan da pisdir,o daha yaxşısına layiqdir.Bu şəhər də heç ona layiq yer deyil.Hamı çuşkadır,şəhər də çuşlandiyadır,bircə o yaxşıdır və daha bununla bacara bilmir.
Xərçənglər isterikdir,amma bunu çox vaxt sakitliklə edirlər.Necə deyərləır-kim bilir,qəlbimin ağrısını kim bilir?
Onlar məqsədyönlüdürlər.Əgər qərara alıbsa ki onun Hummeri olmalıdır,onlar Hummerin salonunda acından öləcəklər.
Xərçəng qadınlar tənqidi sevmirlər.Onu tənqid etsələr o Kill Bill-dəki Uma Turmanın qəhrəmanına çevrilir.Qılıncı Tefal və ya Lui Vittondan olan sumka əvəz edir.Amma bununla belə həmişə özünə dəyər verməməkdən əziyyət çəkir,ona elə gəlir ki kifayət qədər qəşəng deyil,kifayət qədər gənc deyil,kifayət qədər ağıllı deyil...Fərqi yoxdur- ağlı BDU-nun riyaziyyat kafedrasının zavkafedrasının ağlında daha yüksək olsa da,özü Butik jurnalının üz qapağında olan qızdan qəşəng olsa da.
Əgər o sizdən inciyibsə onsuz da səbəbini heç vaxt bilməyəcəksiniz.Bu həm ola bilər ki siz onun sevimli müğənnisinə demisiniz ki bu Gaga deyil tovuzquşudur,ya da onun anasına təbrik mesajı yazmağı unutmusunuz
Şir
Şirlər elə bilir ki onlar rəisdir.Bu belə olmasa da onlara deməyin,bu onların “incə ürək”lərini qıra bilər.
Şirlərdə eqo hədsiz yüksəkdir.İstəsəniz ki Şir sizin olsun onu tərifləyin-deyin ki,Bakıda onun kimi ikinci bir full oglan yoxdur,olmayacaq da,o Faiq Ağayevdən yaxşı oxuyur,rəqqasə Fatimədən qəşəng oynayır.
Zənglərə cavab vermirsə ürəkli olun,onu Emporiumda,Həzzdə axtarın.Hardasa oralarda olacaq.
Şirlər pullarının çox hissəsini əyləncəyə və zövqə xərcləyirlər.Hətta yeyib içməkdən,rəqsdən sonra çox vaxt evə piyada qayıda bilərlər,çünki taksiyə pulları qalmayacaq.
Şirlər hər kəsə borc verir,hətta özünün pulu olmayanda başqasından borc alıb kiməsə verə bilər-“kişiyəm yoxsa yox?!”
Şir üçün tamaşaçı çox vacibdir.Onu dinləyin və effekt göz qarşısında olacaq.Fərqi yoxdur nə haqda danışır:məhlədəki razborkadan,12 minə aldığı maşından,Antalyadan,mobil telefondan.Sadəcə qulaq asın.
Şir kişilər çox qısqancdır.Bunu heç vaxt unutmayın.Onsuz hansısa qonaqlığa getmək istəyirsinizsə,yaxşıca yedizdirin,və çoxlu tərifləyin.
Şir sizə deyəcək necə geyinmək lazımdır,saç düzümünüz necə olmalıdır,hansı kitabları oxusanız yaxşı olar,hansı dostlar sizinçün uyğundur...ona vacibdir bilsin ki niyə Mangoda bu qədər vaxt keçirdin,niyə telefonu ilk qudokdan açmadın,niyə telefona onun adını sevgilim kimi yazmamısan.Güzəştə gedin və o sizindir.
Şir qadınlar sentimentaldır.
Bir gün görə bilərsiniz ki,Nabranda keçmiş sevgilisi ilə çəkdirdiyi şəkilləri saxlayır,fanatlarından gələn smsləri silıməyib,məktəbdə yazdığı gündəliyi hələ də oxuyur.Düşünməyin ki, o nə vaxtsa tamamilə sizin olacaq.Sizinlə danışır və sizə yanında olmağa icazə verirsə artıq bu sizinçün şərəfdir.
Əgər tanış olmaq üçün işlətdiyiniz ilk cümlə “salam,necəsən?” olacaqsa o sizə cavab verməyəcək.Bir az fərqli olun.Məsələn:qəşəng qız,sizin səsiniz bulvardakı qağayıların səsi qədər qəşəngdir,sizin gözləriniz Bakı nefti kimi qaradır,ayaqlarınız aeroport yolu kimi düzdür,səsiniz Südabə xalanın bişirdiyi mürəbbələr kimi şirindir.
Qız.
O əsl mülkiyyətçidir.Həm də bu lap körpəlikdən onlarda inkiişaf edib-o zamanlardan ki,bələyi açanda yaş əskilərini hətta yumağa götürməyə icazə verməzdi.
Qızlar heç vaxt icazə verməyəcək ki,onların dönərindən bir dişlək alasınız,onların təsbehini bircə dəfə oynadasınız,onların maşınına oturasınız.Münasibətlərdə despotdurlar,sevgililərinə evdən tək çıxmağa belə icazə vermirlər.
Hədsiz təmizkardırlar.Üstlərində hər zaman “kisə” gəzdirirlər.Hər ehtimala qarşı.
Restoranda yeməyə başlamazdan əvvəl priborları spirtlə silirlər.Nadir halda əl ilə görüşürlər.Öpüşməyin adını belə çəkməyin.Çox səliqəlidirlər.Onların evində heç vaxt Röyanın diskinin içərisində meyxana diski və ya əksinə olmayacaq.Hər şey öz yerindədir.
Gecikməyi sevmirlər.Tıxacda ilişib qalmısınızsa yaxşı olar ki görüşü ləğv edəsiniz,onsuz da gecikmiş halda gəlsəniz burnunuzdan gətirəcək.
Qızlar illərlə gözləyə bilərlər-hisslərinin qarşılığını görmək üçün.Güllər,şokoladlar,yumşaq oyuncaqlarla silahlanıb hücuma keçirlər.Yəqin ki deməyə ehtiyac yoxdur ki,onlar şəhərdəki bütün gülsatanları,romantik kafeləri və parkları tanıyır.
Qızlar nadir hallarda qısqanclığa bəhanə verir.Hətta Qız bürcündən olan oğlan gecəni bir sarışınla bağlı otaqda qalsa da onlar bütün gecəni Kantın fəlsəfəsini müzakirə etməklə keçirəcəklər.
Qız qadınlar səliqə cəhətdən Qız kişilərdən elə də fərqlənmirlər.Bu bürcün zərif nümayəndəsinə aşiq olmusunuzsa gündə iki dəfə üzünüzü qırxacaqsınız,iki dəfə də düş qəbul edəcəksiniz.
Qızlar çox xeyirxahdır.Onunla Malakan bağından keçməyin.Yoxsa hər küçə pişiyinin yanında dayanacaq və onu əzizləyəcək.
Qız qadınlar statistikanı sevir.Onlar həmişə sayır neçə qaşıq şəkər istifadə etdiniz,neçə dolma yediniz,neçə dəfə asqırdınız.