Mega super giper rasionaldırlar.Romantikliyi beşiyində boğurlar.Qərarsızdırlar.Tərəzi kişi qıza sevirəm deməyi qərara alanacan həmi qız üç dəfə ərə gedir,5 uşaq dünyaya gətirir və nəvələrini görür.
Tərəzilər analiz etməyi sevir.Onlar üçün axşam bulvarda öpüşmək-bu “xüsusi əkilmiş ağac və kolların yanında ağız vasitəsilə mikrob və bakteriyaların dəyişdirilməsi” prosesidir.
Təqəzilər hər şeydə harmoniya axtarırlar.Çay həmişə lazımi qədər tünd olmalıdır,taksidə 4 nəfərdən artıq ola bilməz,maaşı 200 manatdan aşağı olan şəxslər isə fizika qanunlarına əsasən mövcud olmalı deyil.Tərəzi kişilər həyat yoldaşında həm sevgilini,həm də dostu görə bilmirlər:həyat yoldaşı mətbəxdə bozbaş bişirməlidir,dostları çayxanada nərd.domino oynamalıdır.Ondan özgəsinin sirrini öyrənə bilməzsiniz,hətta saatlarla Elariz Məmmədoğluna qulaq asmağa məcbur etsəniz də.
Razborkada həmişə söhbəti çürüdən tərəfdir,hətta bu söhbətə heç bir dəxli olmasa da.İşdə müdir ona siz deyə müraciət edir.
Tərəzi qadınlar hərdəmxəyaldır.Sizə söz verər ki axşam görüşəcəksiniz.Siz gül çiçəklə,yemək sifariş verib onu gözləyərsiniz,o isə bu vaxt evdə rahat yata bilər,çünki bütün gecəni Doktor Hausun sezon seriyalarına baxıb.Ona görə də görüşə gələrkən üzünüzü qırxmayın,onsuz da onu gözləyənəcən üzünüz yenidən tüklənəcək.
Bununla bərabər Tərəzi qadınlar yumşaqxasiyyətli və üzüyoladır.Konfliktləri sevmirlər.Zabrata gedən marşrutda ayağını tapdalasalar da o susacaq,bir də avtobusdan düşəndən sonra qaşlarını çatacaq və deyəcək “gör ey”
Əqrəb
Bu poker face insandır.Onun ciddi simasının arxasında çox vaxt “incə və zərif ürək “dayanır.
Onlar soyuqqanlıdır,bununla belə heç vaxt incikliyi bağışlamır,yaxşılığı unutmur.Onun yerinə marşrutda pul versəniz bilin ki nə vaxtsa saqqızını sizinlə bölüşəcək.Amma onun arxasınca şayiələr danışsanız bir həftədən sonra çılpaq şəklinizi legend.azda görsəniz təəccüblənməyin.
Əgər siz əqrəbə xoş söz demək istəsəniz-məsələn “siz bu gün çox stilni geyinmisiniz”-o bunu yaltaqlıq kimi qiymətləndirəcək.Əqrəblər sarkazmı sevirlər.Hansısa dostlarla olan party-yə gələndə görsəniz ki hamı ona düşmən kimi baxır,deməli o artqı bu xasiyyətindən istifadə edib-birinə deyib ki onun burnu Abşeron yarımadasına oxşayır,digərinə söz atıb ki,yubkana baxanda məlum olur ki,evdə pərdə qalmayıb,üçüncüyə də deyib ki onun ağlı Gürcüstan kimidir-yaxın.Uzağı fikirləşə bilmir.
Əqrəb qadınlar klasshik sterva obrazını sevirlər.O oğlanı iki saat gözlədə bilər,yalnız ona görə ki o bilsin ki kim evdə kişidir.
Yaxın rəfiqəsinin toyunda gəlinin bokalına gizlincə qarın işlədici tökə bilər,yalnız ona görə ki,o bir neçə il əvvəl qonaqlığa bunun paltarının eynisini geyinmişdi.
Mübahisələrdən prav çıxmaq onun üçün həyat əhəmiyyətli məsələdir,bunun üçün nəyə desən gedə bilər.
Əgər Əqrəb qadın sizi sevirsə təklikdə elə dava edər ki hətta əlinin izi qalar,amma kompaniyada sizi son ana qədər müdafiə edəcək.
Oxatan
Oxatan optimistdir.Hətta Papanində pis məqsədlə toplaşan kütlə ilə əhatə olunsa da yaxşı sonluğa inanacaq,şüarı da bu olacaq “Rebyata davayte jit drujno”
Onun maşınını oğurlasalar,deyəcək ki onsuz da tıxaclardan bezmişdi,maşın nəyinə lazımmış ki.Sözü üzə deyən,səbirsiz,heç bir ədəb ərkan qaydalarını gözləməyi sevməyəndir.Rəisi haqda elə sözlər deyə bilər ki başqaları onu heç pıçıltı ilə də deməyə ürək eləməz.Buna görə də çox vaxt “pis gündə olur”,amma yenə də ayağa qalxmağı bacarır,yeni oblomlara hazır olur.
Oxatanlar həyatda ən vicdanlı insanlardır.Yolda 100 manat tapsa bu barədə qəzetdə elan verdirəcək və gözləyəcək ki pulun sahibi nə vaxt gələcək.
Əgər oxatan məmurdursa deməli bu yeganə növ məmurdur ki rüşvət götürmür.Onlar söhbət etməyi sevir.Hər şey haqda və çox.Çox vaxt tamada və ya reklam agenti olurlar.
Oxatan qadınlar-bunlar müasir amazonkalardır.Düzgün və açıq.Belələri tanışlıq üçün birinci yaxınlaşır,çatda özü birinci yazır,avtobusda və kafedə onun əvəzinə pul ödəməyə icazə vermirlər.Anadangəlmə səmimiliyə və yalanı sevmədiyinə görə oğlanı elə alçalda bilər ki “bişmiş toyuğun da gülməyi gələr”
Oxatan qadınlar avtoritet olurlar.Onların yanında məsləhət almaq üçün həmişə növbə olur.İş seçəndə prestij işlər seçirlər,stilni geyinirlər.Belələrini məhlədə full qız adlandırırlar.
Oğlaq
Planetin ən zəhmətkeş hissəsidir.Oğlaq hər yerdə və hər şəraitdə işləyə bilər.Hətta evdə televizorda bütün səsi ilə Toy olsun gedəndə,yoldaşı paltaryuyan maşını işə salanda,uşaqlar da çex servizi ilə boulinq oynayanda belə o fikrini yayındırmadan Heisenbergin kvant tənliyini həll edə bilər.
Onlarda hər şey planladır.Özünün analoqu olmayan toyunu,Türkiyəyə məzuniyyəti,Zarada şoppingə qədər hər şey.Onların pulu nadir hallarda qurtarır,çünki kənara həmişə qara gün üçün pul qoyurlar.Oğlaqlar metrodakı kassirlər kimi həmişə sakitdirlər.Həm də bütün çətinlikləri keçə bilirlər,Yasamaldakı 211 nömrəli marşrut kimi .
Onlar ailəni sevir,amma despotdurlar.Oğlaq kişinin həyat yoldaşı evdə sakit oturacaq,qonaqlara çay gətirəcək,uşaqları tərbiyə edəcək.Bir sözlə “namus –qeyrət”
Oğlaqların yumor hissi heç vaxt olmayıb,ona görə də zarafat edəndə düşün ki hər zaman şapalaq yeyə bilərsən.
Oğlaq qadınlar işdə həmişə uğur qazanır.Bu biznes xanım bilir ki necə,kiminlə,nə qədər danışmaq lazımdır.Belə qadınlardan isterika və qışqırıqlar gözləməyin.Qonşular ona hörmət edir,rəis onunla məsləhət edir.Onlar inadlar və məqsədyönlüdürlər.Çox vaxt onlar ailə saxlayan olurlar.
Hətta oğlaq qadın Xırdalan şossesində tək otaqlı evdə böyüyübsə də kənardakılarda elə fikir yaranır ki o fransız kralının sarayında tərbiyə görüb və özü də zadəgan nəslindəndir.
Dolça
İndividualdırlar.Əgər dolça hesab edirsə ki,idman şalvarını ağ çorabın içinə salaraq küçəyə çıxmaq və ya işdən əvvəl sarımsaqlı xingəl yemək adi haldır-özünüzü yormayın,bunun əksinə onu inandırmağı onsuz da bacarmayacaqsınız.
Onunla istənilən gözlənilməzliyə hazır olun.O universitetdəki ən kleviy maskanı atıb Göyçayın Yekəxana kəndindən gətirdiyi Güldəstəyə evlənə bilər.
Onlar hər şeylə maraqlanır,sirləri açmağı sevir.Əsas da o halda ki sirr barədə heç səs də yoxdur.Onlar Şerlok Holms-ın macəralarını oxumurlar,Çünki kitabın lap əvvəlindən bilirlər ki qatil kimdir.Puaronun detektivləri onun əlindən heç su içməyə də yaramırlar.
Dolçalardan bahalı hədiyyələr gözləməyin-onlar salfetkadan düzəldimiş gülü sizə elə təqdim edə bilərlər ki sanki dünyanın ən qiymətli hədiyyəsidir.
Dolçalaremosional həyəcanları xoşlamır.Həyasızlıq onlar üçün ölümcül günahdır.Hətta öz uşağının doğulmasında elə emosiya göstərir ki Konservatoriyanın qarşısında Hacıbəyovun heykəlinin emosiyası ondan güclü görünə bilər.
Dolça qadınlar çox açıqgözlü və bəsirətlidirlər.Gələcəkdə baş verəcək hadisələri dəqiqliklə görə bilirlər.Orta əsrlərdə belə qadınlar inkvizisiyanın qurbanı olurdu.İndi onların çoxu falçı olur.Özləri isə buna inanmırlar.
Münasibətlərdə uzunçuluğu sevmir.İl yarın kinoya aparıb şokoladlar hədiyyə etməkdənsə ,sadə və əminliklə ona deyin ki “el bilir ki sən mənimsən!”
Ailədə dolça qadın sizi hər zaman eşidəcək,bununla belə hər zaman da öz bildiyi kimi edəcək.Məsələn-ona siqaret çəkməyi qadağan eləsən səninlə mübahisə etməyəcək.Həm də sən bir də onun siqaret çəkdiyini görməyəcəksən.Sənin yanında.Rəfiqələri ilə görüşəndə isə o siqaret çıxaracaq və bunu gizlətmədən edəcək.
Onun dost seçməyi ilə barışmalı olacaqsınız.Onun dostları hər təbəqədən ola bilər.Onu heç vaxt qısqanmayın,bu sizin münasibətlərin sonuna çıxacaq və o “durna kimi uzaqlara uçacaq”
Balıqlar
Balıq kişilər ən xeyirxah və qayğıkeş insanlardır.Buna görə də onların çayxanada,masaj salonlarında,prokuraturada və demək olar ki hər yerdə tanışları var.Bütün başqa bürclər üçün balıqlar sığınıb keyfiyyətli və uzun müddət ağlaya biləcəkləri etibarlı çiyindir.Ürəyinizdə nə varsa tökə bilərsiniz.Onlar o qədər nəzakətlidirlər ki hər kəs onu qucaqlayıb demək istəyir “qardaşımsan eee”
Balıqlar üçün ailə qurmaq ikinci dərəcəli məsələdir.Onlar elə oğlanlardır ki qayğıkeş anaları hər məclisdə onlara “ev qızı” axtarır,çünki özləri heç vaxt həyat yoldaşı axtarmağı qərara ala bilmir.Özləri isə bir həyat yoldaşı kimi bacarıqsızdırlar:sabahı düşünməyi bacarmırlar.Onlar aylıq maaşı 2 günə xərcləyə bilər,heç ağlına da gəlməz ki sabah məktəbdə oğlu fond pulu verməlidir,yoldaşına iki ildir palto almağa söz verib,telefon pulunu keçirmədiyi üçün bir həftədir telefon bağlıdır.
Balıq qadınları öz aləmlərində yaratdıqları bir dünyada yaşayırlar.Arzular və ümidlərlə dolu bir dünyada.Onlar günlərlə seriallara baxa bilər,qlamur jurnalları vərəqləyər,Mopassanın və Zolyanın romanları ilə qidalanarlar.
Həyatda konfliktlərdən qaçırlar,mübahisə və davalardan qorxurlar.Ciddi söhbətdən yayınmaq üçün özlərini xəstə göstərə bilərlər.
O qədər sentimentaldırlar ki,”Bu axşam Ölürüm” mahnısına qulaq asıb saatlarla ağlaya bilərlər.
”Hatiko” filminə baxdıqdan sonra isə aylarla depressiyadan çıxa bilmirlər.Balıq qadınlar bütün ömürləri boyu ağ Hummerde gələn naxçıvanlı gözləməyə hazırdırlar.Amma naxçıvanlılar onların romantikliyinə dözmür və çıxıb gedirlər.