Məhəmməd Füzuli qəzəlləri

Son güncelleme: 28.05.2013 10:19
  • Məhəmməd Süleyman oğlu Füzuli - Leyli və Məcnun - Şikayətnamə - Məşhur qəzəlləri
    Məhəmməd Füzuli Yaradıcılığı

    Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

    "Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

    Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

    Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

    Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

    Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.


    "Məni candan usandırdı"

    Məni candan usandırdı, cəfadan yar usanmazmı?
    Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
    * * *

    Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
    Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?
    * * *

    Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
    Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?
    * * *

    Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
    Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
    * * *

    Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
    Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
    * * *

    Degildim mən sənə mail, sən etdin əqlimi zail,
    Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
    * * *

    Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
    Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
    Fizuli



    Qəzəl məcnuni-dilpəzirindir

    Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
    Az eyləmə inayətini əhli-dərddən, Yəni ki, çox bəlalara qıl mübtəla məni!
    * * *

    Olduqca mən götürmə bəladan iradətim, Mən istərəm bəlanı, çün istər bəla məni!
    Təmkinimi bəlayi-məhəbbətdə qılma süst, Ta dust tən edib deməyə bivəfa məni!
    * * *

    Getdikcə hüsnün eylə ziyadə nigarımın, Gəldikcə dərdinə bətər et mübtəla məni!
    Mən qandanü mülaziməti-etibarü cah, Qıl qalibi-səadəti-fəqrü fəna məni!
    * * *

    Öylə zəif qıl tənimi firqətində kim, Vəslinə mümkün ola yetirmək səba məni!
    Nəxvət qılıb nəsib Füzuli kimi mənə, Ya rəb, müqəyyəd eyləmə mütləq mana məni!
    "Leyli və Məcnun", Fizuli


    Leyli və Məcnun

    "Leyli və Məcnun"
    XVI əsr əlyazmasina minatür
    Yalqız Məcnun, XV əsrdə naməlum rəssam tərəfindən işlənmişdir
    Məcnun Səhrada
    Leyli və Məcnun mövzusunda münatür

    Leyli və Məcnun əfsanəsi haqqında çox poemalar yazılmışdır. Lakin Füzulinin «Leyli və Məcnun» poeması özünəməxsusluğu ilə seçilir. Müəllif о dövrün patriarxal mədəniyyətini, onun ab-havasını olduqca hərtərəfli və aydın şəkildə izahını vermişdir.

    Füzuli irsi Azərbaycanda ədəbi, ictimai və fəlsəfi fikrin inkişafında xüsüsi bir mərhələ təşkil edir. «Leyli və Məcnun» poeması Füzulinin çoxcəhətləri yaradıcılığında müstəsna əhəmiyyətə malik bir əsərdir.

    Füzulinin bu əsəri orta əsrlərin qeyri-sağlam baxışların və qanunların tənqid etmək üçün bir vasitəyə çevrilmişdir. Məcnun və Leylinin timsalında yeni yaranan insani münasibətlər və baxışlar təqdir edilir, gec-tez bu yeni baxış və münasibətlərin qələbəsinə, köhnə dünyaya məxsus qanunların və dəblərin aradan çıxacağına qəti inam bildirilir. Qadın hüquqsuzluğunun dəhşətləri, əski münasibətlərin doğurduğu faciələr qələmə alınır.

    Leyli və Məcnun timsalında insana, həyata və sevgiyə yeni münasibət ifadə olunmuşdur. Leyli və Məcnun yeni insan idealının, insan haqqındakı yeni baxışların köhnə baxışlar və ziddiyyətlə toqquşmasını əks etdirir. Bu toqquşma göstərir ki, köhnə baxışların, görüşlərin tarix səhnəsindən çıxmaq vaxtı yaxınlaşmışdır. Lakin bu köhnə baxışlar hələ şüurlardan silinməmişdir. Ona qarşı hər bir çixış, hər bir hərəkət dəlilik, ağılsızlıq, məcnunluq sayılır. İstər qız olsun, istər oğlan övladın kimisə seçməsi, kiməsə rağbət göstərməsi hələ ata hüququna müdaxilə etmək, dövrün adət-ənənələrinə zidd getmək kimi qarşılanır.

    Əsərlə yaxından tanış olanlar bilir ki, Leyli və Məcnun məhəbbəti məktəbdən başlayır. Bu heç də təsadüfi deyildir. Yəni kamillik, sosial münasibətlər sisteminin inkişafı qadın və kişi münasibətlərinin tənzimlənməsi üçün elm və təhsil zəruri şərtlərindən biridir. Onlar bir-birini yalnız məktəbdə görür və bu məhəbbətə, qarşılıqlı münasibətə burada daha da yaxınlaşırlar. Məcnunun iztirabı, həsrəti Leylinin məktəbdən getməsi ilə başlayır. Təbii ki, Füzulinin kamil insan, şəxsiyyət timsalında yaratdığı insan obrazı, Leyli və Məcnun münasibətlərində qoyduğu konsepsiyasını və onun gender münasibətlərinin əsasını təşkil edir. Həm Məcnun, həm də Leyli eyni sosial statusa malikdirlər. Yəni hər ikisi qəbilə başçılarınının yeganə övladıdır, var-dövlət cəhətdən də eyni zənginliyə malikdirlər. Amma Leylinin atası qızını belə bir imkanlı ailənin oğluna vermək istəmir. Sözsüz ki, burada əsas məsələ Qeysin insani münasibətlərə, məhəbbətə, ailə qurulmasına dair özünəməxsus keyfiyyətlərə malik olmasıdır. Onu başa düşmədikləri yə qəbul etmədikləri üçün Qeys Məcnuna çevrildi. Bu «məcnunluq» insan sevgisindən, insanın insana olan münasibətindən irəli gəlirdir. Elə buna görədə o, özünü səhrada, heyvanlar arasında daha yaxşı hiss edirdi.

    Məcnuna göndərdiyi bir məktubda Leyli öz hüquqsuzluğunu, qul, əşya kimi alınıb satıldığını bildirərək yazır:

    Мən gövhərəm, özgələr xiridar,
    Məndə degil ixtiyari-bazar,
    Dövran ki, məni məzada saldı,
    Bilməm Kim idi satan Kim aldı,
    Olsaydı mənim öz ixtiyarım,
    Olmaz idi səndən özgə yazım.
    "Leyli və Məcnun", Fizuli

    Burada qadının azad seçim hüququnun əlindən alındığı aşkar olur. Füzuli bununla İslam Dininin qadına verdiyi seçim hüququnu tələb edir və bunun üçün insanları ilahi həqiqətə əməl etməyə çağırır. Dünyada hakim adət-ənənə və düşüncə tərzi qadına mənəvi sərbəstlik verilir, qadın qəlbinin səsini eşitmək istəmirdi.

    Əsər patriaxal mədəniyyətin bazis nümunəsi kimi də dəyərləndirilə bilər. Burada qadınlar hər bir hərəkətlərində çox ehtiyatla davranırlar. Elə Leylinin Məcnuna olan məhəbbətini eşidən ana da bu həyəcan və qorxu dəhşətini yaşayır. Və o, bunu Leyliyə etdiyi nəsihətlərdə açıq bildirir:

    Məzmundan qadının hüquqsuzluğu, öz taleyinin sahibi olmadığı görünür. Fizuli əsərdə qadına seçim hüququnun tanınmasına çağırır. Bu baxımdan əsər patrarxal mədəniyyətin bariz nümunəsi kimi qiymətlidir. Bu dövrdə qadınlar hər bir hərəkətlərində ehtiyatlı davranmağa məcburdurlar. Bütün bunlar Leylinin anasının onun Məcnuna olan sevdasından xəbər tutduqdan sonra verdiyi nəsihətlərdən də görünməkdədir:

    Keyşux, nədir bu göftugulər?
    Qılmaq sənə tənə eybculər?
    Nəycün özünə ziyan edirsən?
    Yaxşı adını yama edirsən?
    Nəyçün sənə tənə edə bədyu?
    Namusuna laiq işmidir bu?
    "Leyli və Məcnun", Fizuli

    Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmış olur. Əsərdə qadının öz istədiyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da ətrafında özünə həmdəm tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:

    Mən kimi yox əldə İxtiyarin,
    Bir özgə əlindədir Məharin
    "Leyli və Məcnun", Fizuli

    Füzulinin qələmə aldığı sevgi dastanında baş qəhrənıanların-Leyli ilə Məcnunun kamil surəti ilə yanaşı epizodik surətlər də verilmişdir. Gənclərin valideynindən başqa Nofəl, ibn Səlam, Zeyd kimi bitkin surətlər, bu və ya başqa dərəcədə hadisəyə qarışan Saqi, Gərdun, Ahu, Kəbutər, Şərn, Ay və sair alleqorik surətlər verilmişdir. Bütün bu surətlərin xarakterində başlıca cəhət, əsas keyfiyyət saf məhəbbət, sevgiyə sədaqət məsələsidir. Bütün başqa məsələlər ikinci, üçüncü dərəcədə qalır.

    Şair epizodik surətlərdən də sevginin ecazkar qüdrətini, hər şeydən üstün olduğunu, ən yüksək məna kəsb etdiyini göstərir. Hətta Məcnuna rəqib olan İbn Səlam surətini işlərkən şair onun mənliyindəki müsbət keyfiyyətləri, onun ali idrakını, xoş xasiyyətini, cazibəli hüsnünü qeyd edir. O, mötəbər adamdır, kübar içində məşhurdur, bəxtiyardır, zəngindir, mərifət əhlidir. Şair onu baş qəhrəmanı Məcnun ilə müqayisə edir. İbn Səlam Leylini ova gedəndə görür, məftun olur və dərhal evinə qayıdır. Leyli üçün elçi getməyə ən ağıllı, münasib bir adam tapır.

    Təsvirdə, baş qəhrəmana-Məcnuna rəqib çıxan bir adamın təsvirində gözləmək olardı ki, şair rəqibin mənfi cəhətlərini qabardıb göstərsin. Elə olmur, şair hətta Məcnunun rəqibində də çirkin xüsusiyyətlər görmür. Daha doğrusu, belə bir adam ilə "ən yüksək xilqət" olan Leylini üz-üzə gətirmək istəyir. Leyli İbn Səlamı sevməsə də, ondan kənar olmaq istəsə də, İbn Səlam nəcibliyin də qalır. Leyli toy gecəsində öz dərdini ona danışandan sonra qızın bütün iztirablarına inanır, alicənablıq edir, fıkrini tamam dəyisir, ona yaxınlıq etmir, "vəsldən" əl çəkib hicranı özünə ruzi edir.

    Keyşux, nədir bu göftugulər?
    Qılmaq sənə tənə eybculər?
    Nəycün özünə ziyan edirsən?
    Yaxşı adını yama edirsən?
    Nəyçün sənə tənə edə bədyu?
    Namusuna laiq işmidir bu?
    "Leyli və Məcnun", Fizuli

    Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmış olur. Əsərdə qadının öz istədiyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da ətrafında özünə həmdəm tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:

    Meyl etmədi mütləq ol nigarə,

    Hərgiz ona qılmadı nəzarə!
    "Leyli və Məcnun", Fizuli

    Poemanın axırlarına yaxın Leyli və Məcnunun üz-üzə gəldiyi yerdə gözlənilməyən bir hadisə baş verir, Bir az əvvəl səhrada karvanı itirən, azıb sərgərdan gəzən Leyli, Məcnuna rast gələndə onu tanımamışdı. İndi İsə Məcnun Leylini tanımır və ya tanımaq istəmir. Leyli özünün hər bir qeyd və şərtdən uzaq olduğunu, Məcnunun ağuşuna girməyə hazır olduğunu deyəndə Məcnun kənara çəkilir, belə bir vüsala taqətsiz olduğunu iddia edir:

    Yaqmağa1 məni yetər xəyalın,
    Yoxdur mənə taqəti-visalın!
    Ol gün ki, gözümdə var idi nur,
    Gözdən üzünü qaçırdın, ey hur...
    Eşq etdi binayi-vəsli mohkəm,
    Mənidə məni sənınlə həmdəm!..
    Məndə olan aşikar sənsən,
    Mən xud yoxam, olki, var sənsən!...
    "Leyli və Məcnun", Fizuli

    Ömrünü məşuqəsinin yolunda qoyan, fani gün üçün də "rüsvayi-xəlayiq" olan bir adamın öz arzusuna çatdığı yerdə birdən-birə üz döndərməsi təbii, şüurlu hərəkət sayılmaz. Bu, doğrudan da "cünunçuluq" əlamətidir. Ancaq böyük şair bunu da səthi, adi bir hərəkət saymır, aşiqin iztirablarla dolu, yaralı qəlbi ilə və qəlbin mürəkkəb həyatı ilə izah edir. Məcnun indi uğursuz bir eşqin mücəssəməsi olaraqqalmaq, Leylinin bakir xəyalı ilə yaşamaq və ölmək istəyir:

    Mən eşq gazərgəhində xakəm,
    Elcümlə bilirməniki, pakəm!...
    "Leyli və Məcnun", Fizuli

    Şikayətnamə

    Dövrünün məmur hərc-mərcliyini, əyanların rüşvətxorluğu ucbatından adına kəsilmiş təqaütü ala bilməməsindən şikayətlənən Fizuli özünün "Şikayətnamə" mənzum şerində yazır:

    Salam verdim - rüşvət degildir deyü almadılar.
    Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar.
    Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəm'i sualıma cavab verdilər.
    Dedim:- Ya əyyühəl-əshab! Bu nə fe'li-xəta vü çini-əbrudur?
    Dedilər:- Müttəsil bizim adətimiz budur.

    Dedim:- Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki,
    övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam.
    Dedilər:- Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd
    vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb,
    namülayim sözlər eşidəsən.
    Dedim:- Bəratımın məzmunu nə üçün surət bulmaz?
    Dedilər:- Zəvaiddir, hüsuli mümkün olmaz.
    Dedim:- Böylə övqaf zəvaidsiz olurmu?
    Dedilər:- Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı?
    Dedim:- Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır.
    Dedilər:- Ağçamız ilə satın almışız, bizə həlaldır.
    Dedim:- Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur.
    Dedilər:- Bu hesab qiyamətdə alınır.
    Dedim:- Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz.
    Dedilər:- Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz.
    "Şikayətnamə", Fizuli
    Əsərləri

    "Səhhət və Mərəz" – farsca və nəsrlə yazılmış alleqorik əsər.
    "Rindü Zahid" – farsca və nəsrlə yazılmış iki baxışın dialoqu.
    "Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) – şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.
    "Hədisi ərbəin tərcüməsi"
    "Mətləül e`tiqad"

    Məşhur qəzəlləri

    "Məni candan usandırdı"
    "Söz"
    "Olsaydı məndəki qəm"
    Can vermə qəmi-eşqə ki, eşq afəti-candır
    Canı kim cananı üçün sevsə cananın sevər
    Məndə Məcnundan füzun aşiqlik istedadı var
    "Yetər ey fələk"
    "Tutuşdu qəm oduna"
    "Pənbeyi-daği-cünun içrə nihandır bədənim"
    "Ey könül, yarı istə, candan keç"
    "Könül səccadəyə basna ayaq, təsbihə əl urma"
    "Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru"
    Ey bivəfa ki, adət olubdur cəfa sana
    Aşiq oldum yenə bir tazə güli-rənayə

    vikipedi
#28.05.2013 10:19 0 0 0