Dodaq boyaları mədə xərçəngi yaradır

Son güncelleme: 29.05.2013 07:08
  • Dodaq boyalarının zererleri haqqında - dodaq boyası mede xerçengi yarada biler

    Amerika alimləri 30-dan artıq tanınmış dodaq boyalarının tərkbini araşdırıb. «BBC»-yə istinadən məlumatlara görə, alimlər həmin kosmetik məmulatda yuxarı dozada ağır metalların, kadimium, xorm, qurğuşun və alüminiumun varlığına əmin olduqlarını bildiriblər.

    Kaliforniya Universitetinin mütəxəssisləri qeyd edib ki, sutkada iki-üç dəfə dodaq boyasından, pomadadan istifadə edənlərdə mədə xərçənginin yaranması riski çoxdur. Çünki bu zaman onların dərisinə daha çox miqdarda xrom hopur.

    Mütəxəssislərin sözlərinə görə, dodaqlarını tamahkarcasına boyayanlar yavaş-yavaş zəhərlənirlər.

    Hesabat müəllifləri sənədin sonunda dodaq boyalarından gec-gec istifadə etməyi məsləhət görüblər.

    ABŞ-da kosmetik məmulatların tərkibində metallarla bağlı standartlar olmasa da, Avropa Birliyi dodaq boyalarına zərərverici maddələrin qatılması qəti qadağan edır.


    alıntı
#29.05.2013 07:08 0 0 0