Nə vaxtdır səsini eşitmirəm mən

Son güncelleme: 29.05.2013 13:04
  • sesini eşitmemek - darıxmaq - uzaq qalmaq - Nə vaxtdır səsini eşitmirəm mən şeirin oxu


    noimage

    Nə vaxtdır səsini eşitmirəm mən,
    Qara məhbəs olub mənə bu həyat.
    Həyatımı alıb bulud,duman çən,
    Mənimçün qaraldı yenə bu həyat.

    Nə vaxtdır səsini eşitmirəm mən,
    Susubdur səsintək xatirələrin.
    Məni anlamadın bir ömür boyu,
    Məhəbbət hicrandır,məhəbbət dərin.

    Nə vaxtdır səsini eşitmirəm mən,
    Bəlkə heç danışıb,dinməmisən sən,
    Bəlkə məni yazıq sərsəri bilib,
    Ağzından çıxanı söyləmisən sən.

    Nə vaxtdır səsini eşitmirəm mən,
    Göz yaşı quruyub yanaqlarında.
    Bu nədir deyəsən danışacaqsan,
    Bir nəğmə səslənir dodaqlarında.

    Söylə,söylə gəlsin avazın,səsin,
    Bir nəğmə yazacam danışsan gülüm,,
    Bəlkə yadsan mənə bir danışmırsan,
    Bəlkə də canımsan,tanışsan gülüm.

    noimage


    Ülvi Amin
#29.05.2013 13:04 0 0 0