Dünən xalq artisti İlhamə Quliyeva müğənni Röya Ayxana titul verib. Lent.az-ın məlumatına görə, o, Heydər Əliyev Sarayında “Qrand 2012” mükafatlandırma mərasimində Röyanı “Azərbaycan şou-biznesinin kraliçası ” adına layiq görüb. İ. Quliyeva daha sonra bildirib ki, onun sözləri qanundur, heç kim ona qarşı çıxa bilməz. Çünki bunu illərin sənətkarı, türk dünyasının sənət kraliçası söyləyir.