Quran'i Kərim 26. Şuəra surəsi - 1

Son güncelleme: 18.06.2013 06:23
  • Quran-i Kerim oxu - Quran'i Kerim 26. Şuəra (Şairler) suresi 1-20 ayeler


    Mərhəmətli və Rəhmli Allahın adı ilə!
    بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ


    [HR][/HR][HR][/HR]

    1. Ta. Sin. Mim.
    بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ طسم

    2. Bunlar aydın Kitabın ayələridir.
    تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ

    3. Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
    لَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ

    4. Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.
    إِنْ نَشَأْ نُنَزِّلْ عَلَيْهِمْ مِنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ

    5. Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
    وَمَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنَ الرَّحْمَٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ

    6. Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.
    فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

    7. Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?
    أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ

    8. Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
    إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ

    9. Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
    وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

    10. Bir zaman Rəbbin Musaya demişdi: "Get o zalım qövmün -
    وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ



    11. Firon xalqının yanına! Onlar qorxmurlarmı?"
    قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ

    12. Musa dedi: "Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
    قَالَ رَبِّ إِنِّي أَخَافُ أَنْ يُكَذِّبُونِ

    13. belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər.
    وَيَضِيقُ صَدْرِي وَلَا يَنْطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَىٰ هَارُونَ

    14. Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram".
    وَلَهُمْ عَلَيَّ ذَنْبٌ فَأَخَافُ أَنْ يَقْتُلُونِ

    15. Allah dedi: "Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik.
    قَالَ كَلَّا ۖ فَاذْهَبَا بِآيَاتِنَا ۖ إِنَّا مَعَكُمْ مُسْتَمِعُونَ

    16. Fironun yanına gedib deyin: "Biz aləmlərin Rəbbinin elçiləriyik!
    فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ

    17. İsrail oğullarını bizimlə birgə burax!"
    أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ

    18. Firon dedi: "Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
    قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ

    19. Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!"
    وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنْتَ مِنَ الْكَافِرِينَ

    20. Musa dedi: "Mən onu edəndə nadan olmuşam.
    قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ


    [HR][/HR][HR][/HR]
#18.06.2013 06:23 0 0 0