Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
[HR][/HR][HR][/HR]
21. Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.
فَفَرَرْتُ مِنْكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ
22. Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir".
وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدْتَ بَنِي إِسْرَائِيلَ
24. Musa dedi: "Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!"
قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ مُوقِنِينَ
25. Firon ətrafındakılara dedi: "Onun nə danışdığını eşitmirsinizmi?"
قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ
26. Musa dedi: "O sizin də, ulu babalarınızın da Rəbbidir!"
قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ
27. Firon dedi: "Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!"
قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ
28. Musa dedi: "Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!"
قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ تَعْقِلُونَ
29. Firon dedi: "Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!"
قَالَ لَئِنِ اتَّخَذْتَ إِلَٰهًا غَيْرِي لَأَجْعَلَنَّكَ مِنَ الْمَسْجُونِينَ
30. Musa dedi: "Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?"
قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَيْءٍ مُبِينٍ
31. Firon dedi: "Əgər doğru danışanlardansansa, göstər onu!"
قَالَ فَأْتِ بِهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
32. Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ
33. Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu.
وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ
34. Firon ətrafındakı zadəganlara dedi: "Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
قَالَ لِلْمَلَإِ حَوْلَهُ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ
35. O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?"
يُرِيدُ أَنْ يُخْرِجَكُمْ مِنْ أَرْضِكُمْ بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَ
36. Onlar dedilər: "Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki,
قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَابْعَثْ فِي الْمَدَائِنِ حَاشِرِينَ
37. bütün bilikli sehrbazları sənin yanına gətirsinlər".
يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ
38. Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَعْلُومٍ