Quran'i Kərim 26. Şuəra surəsi - 3

Son güncelleme: 18.06.2013 06:25
  • Quran-i Kerim oxu - Quran'i Kerim 26. Şuəra (Şairler) suresi 41-60 ayeler


    Mərhəmətli və Rəhmli Allahın adı ilə!
    بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ


    [HR][/HR][HR][/HR]

    41. Sehrbazlar gələn kimi Firona dedilər: "Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?"
    فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِنْ كُنَّا نَحْنُ الْغَالِبِينَ

    42. Firon dedi: "Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm".
    قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَمِنَ الْمُقَرَّبِينَ

    43. Musa onlara dedi: "Nə atacaqsınızsa, atın!"
    قَالَ لَهُمْ مُوسَىٰ أَلْقُوا مَا أَنْتُمْ مُلْقُونَ

    44. Onlar iplərini və əsalarını yerə atıb: "Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!"- dedilər.
    فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ

    45. Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu.
    فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ

    46. Sehrbazlar səcdəyə qapandılar
    فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ

    47. və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə -
    قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ

    48. Musanın və Harunun Rəbbinə!"
    رَبِّ مُوسَىٰ وَهَارُونَ

    49. Firon dedi: "Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm".
    قَالَ آمَنْتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

    50. Onlar dedilər: "Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq.
    قَالُوا لَا ضَيْرَ ۖ إِنَّا إِلَىٰ رَبِّنَا مُنْقَلِبُونَ



    51. Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq".
    إِنَّا نَطْمَعُ أَنْ يَغْفِرَ لَنَا رَبُّنَا خَطَايَانَا أَنْ كُنَّا أَوَّلَ الْمُؤْمِنِينَ

    52. Biz Musaya: "Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız"- deyə vəhy etdik.
    وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُمْ مُتَّبَعُونَ

    53. Firon şəhərlərə əsgər toplayanlar göndərdi.
    فَأَرْسَلَ فِرْعَوْنُ فِي الْمَدَائِنِ حَاشِرِينَ

    54. O dedi: "Bunlar kiçik bir dəstədir.
    إِنَّ هَٰؤُلَاءِ لَشِرْذِمَةٌ قَلِيلُونَ

    55. Onlar bizi qəzəbləndirmişlər.
    وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ

    56. Biz hamımız ayıq-sayıq olmalıyıq".
    وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَ

    57. Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;
    فَأَخْرَجْنَاهُمْ مِنْ جَنَّاتٍ وَعُيُونٍ

    58. xəzinələrdən və gözəl yerlərdən də qovduq.
    وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ

    59. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
    كَذَٰلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَ

    60. Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar.
    فَأَتْبَعُوهُمْ مُشْرِقِينَ


    [HR][/HR][HR][/HR]
#18.06.2013 06:25 0 0 0