Mərhəmətli və Rəhmli Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
[HR][/HR][HR][/HR]
61. İki dəstə bir-birini görüncə Musanın səhabələri: "Biz yaxalanacağıq!"- dedilər.
فَلَمَّا تَرَاءَى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَىٰ إِنَّا لَمُدْرَكُونَ
62. Musa dedi: "Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!"
قَالَ كَلَّا ۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ
63. Biz Musaya: "Əsanla dənizə vur!"- deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.
فَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنِ اضْرِبْ بِعَصَاكَ الْبَحْرَ ۖ فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ
64. O birilərini də ora yaxınlaşdırdıq.
وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَ
65. Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
وَأَنْجَيْنَا مُوسَىٰ وَمَنْ مَعَهُ أَجْمَعِينَ
66. O birilərini isə suya qərq etdik.
ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ
67. Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ
68. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ
69. Onlara İbrahimin əhvalatını da oxu.
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَ
70. Bir zaman o öz atasına və tayfasına: "Nəyə ibadət edirsiniz?"- demişdi.
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَ
71. Onlar dedilər: "Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik".
قَالُوا نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَاكِفِينَ
72. O dedi: "Onlara yalvardığınız zaman sizi eşidirlərmi?
قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ
73. Yaxud sizə xeyir və ya zərər verirlərmi?"
أَوْ يَنْفَعُونَكُمْ أَوْ يَضُرُّونَ
74. Onlar dedilər: "Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük".
قَالُوا بَلْ وَجَدْنَا آبَاءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ
75. O dedi: "Siz nəyə ibadət etdiyinizi görürsünüzmü -
قَالَ أَفَرَأَيْتُمْ مَا كُنْتُمْ تَعْبُدُونَ
76. həm siz, həm də ulu babalarınız?
أَنْتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَ
77. Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
فَإِنَّهُمْ عَدُوٌّ لِي إِلَّا رَبَّ الْعَالَمِينَ
78. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;
الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِ
79. O Rəbb ki, məni yedirdir və içirdir;
وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ
80. O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ