Quran'i Kərim 26. Şuəra surəsi - 5

Son güncelleme: 18.06.2013 06:30
  • Quran-i Kerim oxu - Quran'i Kerim 26. Şuəra (Şairler) suresi 81-100 ayeler


    Mərhəmətli və Rəhmli Allahın adı ilə!
    بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ


    [HR][/HR][HR][/HR]

    81. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
    وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ

    82. O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
    وَالَّذِي أَطْمَعُ أَنْ يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ

    83. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
    رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ

    84. Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!
    وَاجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ

    85. Məni Nəim bağının varislərindən et!
    وَاجْعَلْنِي مِنْ وَرَثَةِ جَنَّةِ النَّعِيمِ

    86. Atamı bağışla! Çünki o, azanlardandır.
    وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ

    87. Onların dirildiləcəyi gün məni rüsvay etmə!
    وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ

    88. O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
    يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ

    89. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!"
    إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

    90. Cənnət müttəqilərə yaxınlaşdırılar.
    وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ

    91. Cəhənnəm də azğınlara göstərilər.
    وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ

    92. Onlara deyilər: "Hanı sizin sitayiş etdikləriniz -
    وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تَعْبُدُونَ

    93. Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?"
    مِنْ دُونِ اللَّهِ هَلْ يَنْصُرُونَكُمْ أَوْ يَنْتَصِرُونَ

    94. Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,
    فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ

    95. İblisin bütün əsgərləri də habelə.
    وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ

    96. Onlar orada höcətləşərək deyərlər:
    قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ

    97. "Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik -
    تَاللَّهِ إِنْ كُنَّا لَفِي ضَلَالٍ مُبِينٍ

    98. o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
    إِذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعَالَمِينَ

    99. Bizi ancaq günahkarlar azdırdı.
    وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ

    100. İndi isə bizim nə şəfaətçilərimiz,
    فَمَا لَنَا مِنْ شَافِعِينَ


    [HR][/HR][HR][/HR]
#18.06.2013 06:30 0 0 0