Bağışla bacarsan məni bağışla

Son güncelleme: 18.06.2013 06:52
  • Sevgi şeirleri - Rica şeirleri - mehebbet şeirleri - Bağışla bacarsan məni bağışla şeirin oxu


    Əllərim üzüldü səadətimdən
    Bağışla bacarsan məni bağışla.
    Mən qərib düsmüşəm məhəbbətinden
    Bağışla bacarsan məni bağışla.

    Ömürlük sevdaya dola bilərdik
    Yaralı pervanə ola bilərdik.
    Bir acıb bir gündə sola bilərdik
    Bağışla bacarsan məni bağışla.

    Tənhalıq imzalı sədaqətim var
    Gözləri perişan məhəbbətim var.
    Sən adlı günahım qəbahətim var
    Bağışla bacarsan məni bağışla.

    Zamanı yollara səpib getmisən
    Eşqimə qisməti özün seçmisən
    Kədərin selində batıb itmisən
    Bağışla bacarsan məni bağışla.

    Əzəldən bəxtimi viran eylədim
    Bir görsən qəlbimə divan eylədim
    Men sənli dünyamı güman eylədim
    Bağışla bacarsan məni bağışla.


    alıntı
#18.06.2013 06:52 0 0 0