Quran'i Kərim 26. Şuəra surəsi - 8

Son güncelleme: 19.06.2013 12:50
  • Quran-i Kerim oxu - Quran'i Kerim 26. Şuəra (Şairler) suresi 161-190 ayeler


    Mərhəmətli və Rəhmli Allahın adı ilə!
    بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ


    [HR][/HR][HR][/HR]

    161. O vaxt qardaşları Lut onlara dedi: "Məgər qorxmursunuz?
    إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ

    162. Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
    إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

    163. Allahdan qorxun və mənə itaət edin!
    فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    164. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
    وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

    165. Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
    أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ الْعَالَمِينَ

    166. və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız".
    وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُمْ مِنْ أَزْوَاجِكُمْ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ عَادُونَ

    167. Onlar dedilər: "Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!"
    قَالُوا لَئِنْ لَمْ تَنْتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ

    168. O dedi: "Mən sizin əməllərinizə nifrət edənlərdənəm.
    قَالَ إِنِّي لِعَمَلِكُمْ مِنَ الْقَالِينَ

    169. Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!"
    رَبِّ نَجِّنِي وَأَهْلِي مِمَّا يَعْمَلُونَ



    170. Biz onu və onun bütün ailəsini xilas etdik.
    فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ

    171. Geridə qalanlar arasındakı yaşlı qadından başqa.
    إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ

    172. Sonra da o birilərini yerli-dibli yox etdik.
    ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ

    173. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!
    وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنْذَرِينَ

    174. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
    إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ

    175. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
    وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

    176. Əykə əhli də elçiləri yalançı saydı.
    كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ

    177. O vaxt Şueyb onlara dedi: "Məgər qorxmursunuz?
    إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ

    178. Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
    إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

    179. Allahdan qorxun və mənə itaət edin!
    فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    180. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
    وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

    181. Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
    أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ

    182. Düz tərəzi ilə çəkin.
    وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ

    183. İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.
    وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

    184. "Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!"
    وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ

    185. Onlar dedilər: "Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
    قَالُوا إِنَّمَا أَنْتَ مِنَ الْمُسَحَّرِينَ

    186. Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik.
    وَمَا أَنْتَ إِلَّا بَشَرٌ مِثْلُنَا وَإِنْ نَظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ

    187. Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir".
    فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِنَ السَّمَاءِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ

    188. Şueyb dedi: "Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir".
    قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ

    189. Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
    فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ ۚ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ

    190. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
    إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ


    [HR][/HR][HR][/HR]
#19.06.2013 12:50 0 0 0