Temperatur 37 dərəcəyə çatacaq

Son güncelleme: 25.06.2013 07:59
  • Xeberler - Sosial xeberler

    noimage

    Bu gün Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə kimi yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən 2-3 dərəcə yüksələcək.

    İyunun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

    Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

    Azərbaycanın bölgələrində iyunun 25-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-23, gündüz 32-37 dərəcə isti təşkil edəcək.

    Dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
#25.06.2013 07:59 0 0 0