bir kişinin qadın üçün darıxması kədərlidir...
soyuq yatağa tək uzanıb siqaret çəkmək kimi
mətbəxdə başını salıb itirmək kimi
corabları tərs üzünə geyinmək kimi
kədərlidir...
3 illik yalnızlığı 3 qadın doldura bilmədisə
bir kişinin qadın üçün darıxması kədərlidir...
3 illik yalnızlığa 3 qadından biri
bir kişiyə özünü sığdıra bilmədisə kədərlidir...
3 illik yalnızlığa 1 söz 3 dəfə- öl öl öl...
kədərmidir hədərmidir bilmirəm nədir
onu bilirəm ki
bir kişinin qadın üçün darıxması faciədir...
hər axşam xəbərlərdə göstərirlər
güllələnən uşaqlar
öldürülən qocalar
zorlanan qızlar
savaş qan qırğın qəhərlidir
bir kişinin qadınıyla oturub ağlaya bilməməsi kədərlidir...
özümü sənə saxlamışam
ağlamıram.
sən gələn kimi səni qoyub qarşıma sənlə
Çingizin kadırlarına ağlayacam
Suriyada hər şeyi öldürülmüş körpəyə ağlayacam
öldürülən əsgərlərə ağlayacam
sənlə ağlayacam...
elə ağlayacam
elə ağlayacam kiriyəcək yetim qalmış uşaqlar
kriyəcək silahar
daha heç kim "lazım gəlsə" deməyəcək
daha heç kim ölməyəcək
daha heç kim öldürməyəcək...
Bir kişinin qadınla ağlaması barışıqdır
sülhdür
müharibənin bitməsidir
qələbədir...