Özüm də bilmədən çox darıxmışam

Son güncelleme: 09.07.2013 09:00
  • Sevgi şeirleri - darıxmaqla bağlı şeirler - hesret şeirleri - Özüm də bilmədən çox darıxmışam şeirin oxu


    Hərdən danışardıq gizli sevgidən
    Çarəsi olmayan bir məhəbbətdən
    Bilmirəm bu gecə bilmirəm nədən
    Özüm də bilmədən çox
    darıxmışam

    Ağlama sevgilim yenə ağlama
    Yenə qəm gətirmə qəmli dünyama
    Səninçün sevgilim səninçün amma
    Özüm də bilmədən çox
    darıxmışam

    Bax artıq neçə ay keçib neçə gün
    Narahat qalmışam canım sənincün
    Bir tək zengin üçün bir mesajıncun
    Özüm də bilmədən çox
    darıxmışam

    MÜƏLLİF : RUSİF HUSEYNOV
#09.07.2013 09:00 0 0 0