Səndən özgəsinə baxarammı heç

Son güncelleme: 09.07.2013 09:10
  • Sevgi şeirleri - mehebbet şeirleri - səndən özgəsinə baxarammı heç şeirin oxu

    Bütün varlığımla səninəm, canım,
    Səndən qeyrisinə qaynamaz qanım,
    Hurilər alsa da bir ömür yanım,
    Səndən özgəsinə baxarammı heç?!
    Qəlbini yandırıb yaxarammı heç?!

    Sanma ki, əhdimi pozmuşam, gülüm,
    Yanında yolumu azmışam, gülüm,
    Adını qəlbimə yazmışam, gülüm,
    Səndən özgəsinə baxarammı heç?!
    Qəlbini yandırıb yaxarammı heç?!

    Fikrim sənli evdə, sənli ocaqda,
    Ürəyim dayanar özgə qucaqda,
    İstər yanımda ol, istər uzaqda,
    Səndən özgəsinə baxarammı heç?!
    Qəlbini yandırıb yaxarammı heç?!

    Bir an dəyişmərəm yada səni mən,
    Tapmışam gəzdiyim çünki məni mən,
    Səni dəlilər tək sevən, yəni mən,
    Səndən özgəsinə baxarammı heç?!
    Qəlbini yandırıb yaxarammı heç?!

    Səninlə behiştdən qovulmuşamsa,
    Hicrində sən deyib boğulmuşamsa,
    Səni sevmək üçün doğulmuşamsa,
    Səndən özgəsinə baxarammı heç?!
    Qəlbini yandırıb yaxarammı heç?!

    Vüqar Rahi
#09.07.2013 09:10 0 0 0