biten sevgi şeirleri - sönen eşqin harayı - Bu eşqi qəlbimdə daşıyıram mən şeirin oxu
Sanki bir yuxuydu ayıldım bitdi,
Surətin gözümün önündən itdi,
Qəlbimdə bir ağrı kök atdı, bitdi,
Ürək ağrısını daşıyır bədən,
Bu eşqi qəlbimdə daşıyıram mən.
Bu sevgi xoşbəxt bir sona çatmadı,
Əlimi uzatdım ona çatmadı,
Həsrətdən ölsəm də ona çatmadı,
Hər gün ölə-ölə yaşıyıram mən,
Bu eşqi qəlbimdə daşıyıram mən.
Xəyala dalmağa xoş xatirən yox,
Elə daşa dəydi atdığım hər ox,
Unutmaq istədim həmdəki lap çox.
Ama səbəbini bilmədim nədən,
Bu eşqi qəlbimdə daşıyıram mən.