Qırışların Yaranmasını Gecikdirən Qidalar

Son güncelleme:
  • qırışlar üçün - qırışların qarşısının alınması - bəslənmə - üzdəki xəttlərYaşınızın irəliləməsi ilə bərabər üzünüzdəki bəzi qırışlar da sizə yoldaş olmağa başlayır.


    Bəzi insanlar yaşı az olmasına baxmayaraq üzündə çox diqqət çəkən qırışlar, cizgilər vardır. Bəzi insanlar isə yaşı çox olmasına baxmayaraq üzündə demək olar ki heç bir cizgi, heç bir qırış yoxdur. Cizgilərin, qırışların yaranmasının bir çox səbəbi vardır. Bunlara günəşin zərərli şüalarına məruz qalma, keyfiyyətsiz makiyaj məhsullarından istifadə etmə, lazımlı şəkildə makiyaj təmizləməmə, dəri təmizləmə tətbiq edilməməsi, doğru qidalanmama, siqaret və spirtli içkilərin istifadəsi və daha bir çox faktorlar dərinizin daha tez yaşlanmasına, cizgilərin əmələ gəlməsinə, qırışların yaranmasına səbəb olur. Dərinizin qocalmasının qarşısını almaq, qırışların və cizgilərin qarşısını almaq üçün nələr edilməsinə diqqəti yönəltmək lazımdırsa,


    Günəşin zərərli şüalarından dərinizi qoruyun. Qətiyyən günəşə günəş süalarından qoruyucu kremlər çəkmədən çıxmayın. Əks təqdirdə, günəşin zərərli şüaları daha tez dərinizi qırışdırar və cizgilərin əmələ gəlməsinə səbəb olur.


    Üzünüzü hər gecə yatmazdan əvvəl mütləq yuyun və təmizləmə südləri, təmizləmə losyonları ilə silin və nəmləndirici çəkmədən yatmayın. Çünki gecə ərzində üzünüzün nəmə ehtiyacı vardır.


    Gecə yatmazdan əvvəl mütləq bir stəkan su için. Bu bir stəkan su sizin gecə ərzində daxili orqanlarınızın yuyulmasını təmin edərək, dərinizi qocalmağa qarşı qoruyur.


    Keyfiyyətsiz, köhnə makiyaj məhsulları əsla istifadə etməyin. Heç bir makiyaj məhsulunu 6 aydan çox istifadə etməyin.


    Yediyiniz hər növ qidanın faydaları və zərərləri dərinizdə büruzə verir. Bu səbəblə gec qocalmaq və dərinizdə yarana biləcək qırışların, cizgilərin qarşısını almaq istəyirsinizsə, bəzi qida növlərini menyunuza daxil etməlisiniz.


    Qocalmağı gecikdirmək, üzünüzdəki qırışları, cizgiləri görməmək üçün süfrənizdən zeytun yağını, fındığı, toyuq-balıq kimi ağ ətləri əskik etməyin. Yediyiniz qidanın tərkibində C və E vitaminlərinin və sink , selenium kimi mineralların bol olmasına diqqət edin.


    Meyvə istehlak etmək dərinin qocalmasının qarşısını almaq üçün ən yaxşı çarədir. Gündə ən az 3 ədəd quru və təzə qaysı yemək dərinizi canlandırmaq üçün çox faydalıdır.


    Bununla yanaşı kök, kartof, pomidor, quru üzüm, yumurta, süd, ispanaq, qovun, portağal dəri qocalmasının qarşısını almaq üçün çox faydalıdır.


    alıntı
0 0 0