Səhv

Son güncelleme:
  • düşündürücü hekayələrBir gün bir professor tibb dərsində tələbələrə bir xəstəlik haqqında danışdı və sonra da o xəstəliyi olan xəstəyə nə qədər dərman vermək lazım olduğunu soruşdu. Tələbələrdən biri ayağa qalxıb: «1000 mq », deyə cavab verdi.

    Professor: «yox,cavab düz deyil » dedi.

    Sonra tələbə sualın doğru cavabını xatırladı və yenidən ayağa qalxıb: «250 mq », dedi.

    Professor tələbənin bu cavabı qarşısında əvvəlcə susdu, sonra da gözlənilmədən: "Çox təəssuf, bir az əvvəl 1000 mq dərman verdiyiniz xəstəniz öldü", dedi.

    Sinifə dərin bir səssizlik çökdü.Çünki bu sözlər onlara çox böyük bir həqiqətdən xəbər verirdi:«Həyatda elə səhvlər var ki, o səhvlərdən geriyə yol yoxdur» .

    Ailəm jurnalı


    alıntı
0 0 0