Boşanma prosesi gözlədiyinizdən də ağır keçmişdirsə, depressiya həftələr, aylar və hətta illərlə davam edə bilər.
Depressiyanın yaranması səbəbləri çox zaman ondadır ki, boşanma istər- istəməz həyatınızı dəyişir, üstünüzə «boşanmış» və ya «tənha» yarlığını asır. Boşanmadan sonra ətrafdakılar sizi başqa cür qavramağa başlayır. Bəzi qadınlara yeni həyata başlamaq üçün qüvvə tapmaq çox çətindir. Keçmiş ər ilə yerinə yetirməyə vərdiş etdiyiniz sadə, gündəlik işlər - misal üçün, mağazaya getmək - yaşanmış faciəni xatırlada bilər.
Böyüklər boşanma ilə barışsalar da, uşaqlar valideynlərinin ayrılmasını tədricən bilsələr, yaxşıdır. Boşanmadan sonra, əvvəllər olduğu kimi, həyat yoldaşınız ilə uşaqlar barədə söhbət etməyinizin mümkün olmadığına vərdiş etmək çətindir. Şübhəsiz ki, seyrə çıxaraq, ağac altında ailəvi dincəlmək və ya istirahət günlərində şam ziyafətləri kimi kiçik ailə sevinclərinin çatmadığını hiss edəcək və öm- rünüzün sonuna qədər ola bilməyəcək («əgər belə olsaydı»...) hadisələr haqqında düşünəcəksiniz. Bu hallar baş verməsin deyə, boşanmanı ağrısız keçirmək və bu xoşagəlməz vəziyyətdən minimal itkilər ilə çıxmağı öyrənin.
Sınmış ürəyi sağaltmağın və boşanmanı stresssiz keçirməyin ən yaxşı üsulu - baş verənlər üzərində dayanmamaq və yaşamağa davam etməkdir.
Çox zaman ailə həyatı kino və ya teatra getmək, qiraət etmək kimi maraqlı məşğuliyyətlərə vaxt ayırmağa imkan vermir. Öz yeni vəziyyətinizi pozitiv cəhətdən qiymətləndirmək və keçmiş ərinizin buna münasibəti haqqında düşünməyərək, çoxdankı arzularınızı reallaşdırmaq üçün vaxt və imkanın yaranması barədə düşünməyə çalışın. Boşanmanı asan keçirməkdə sizə arzuladığınız məzuniyyət - dəniz kruizi, Avropa səyahəti və ya ekzotik xarici ölkələrə etdiyiniz səfər kömək edə bilər. İndi azad olduğunuz üçün öz çoxdankı arzularınızı həyata keçirməyin əsl vaxtıdır. Boşanma xoşagəlməz haldır, lakin o, hələ ölüm hökmü deyil, bəlkə də, gözəl, xoşbəxt və azad olacağınız yeni həyat vəsiqəsidir.
BOŞANMA ZAMANI BİR NEÇƏ MƏSLƏHƏT
Könüllülük əsasında işləyən hər hansı kluba üzv olun, yeni hobbiyə yiyələnin, - yəni, sizi əyləndirə və əhvalınızı yaxşılaşdıra biləcək və bütün qüvvənizi sərf edə biləcəyiniz məşğuliyyət tapın. Özünüzü qiymətləndirməyi artıran və boşanmanı unutmağa kömək edəcək bir məşğuliyyət tapın. Özünüzə təkrar edin: «Mən kifayət qədər azad bir qadınam. Mən çox şeylərə layiqəm. Mən - güclü şəxsiyyətəm və istədiklərimə nail olacağam».
Bərpa olunmaq üçün zaman gərəkdir, odur ki, tələsməyin. Tənhalıq sizi üzür və düşüncələrinizdə həmişə ailə həyatına qayıtmağa vadar edirsə, vaxtınızın çoxunu dostlar və hətta tanımadığınız insanlar arasında keçirməyə, misal üçün, parkda gəzməyə, mağaza və yarmarkalara getməyə çalışın.
Heç zaman dörd divar arasına qapanmayın. Əlacsızlıqdan sıxıldıqda, rəfiqənizə zəng edərək, onu kafeyə bir fincan qəhvə içməyə dəvət edin. Tənhalıqda dərd çəkməkdənsə, keçmiş həyat yoldaşınızı rəfiqəniz ilə müzakirə etmək daha yaxşıdır. Bütün səylərə baxmayaraq, özünüzü ələ ala bilmirsinizsə, köməyə görə psixoterapevtə, ailə həkiminə müraciət edin, yaxud, qrup şəklində aparılan terapiya seansına yazılın. Normal həyata qayıda bilməmək problemi zaman ötdükcə kəskinləşə bilir, bundan başqa, ola bilsin ki, vəziyyətinizin səbəbi tibbi problemdir, demək, dərman ilə müalicəyə tabedir.