Dərinizdə yaranan yağlanma, sızanaqlanma, qırışıqlar və sallanmalara qarşı təbii sabunlardan istifadə edə bilərsiniz. Təbii sabunların yerini qatqı maddəli olanlara dəyişdiyimizdən, bir çoxumuz təbii sabunların faydalarını çox təəssüf ki, bilmirik. Bu gün yenədə təbii sabun istehsal olunur və satılır.
Təbii sabunlar və faydaları
Gil sabunu: Gil sabunu dəriyə çox faydalıdır. Çünki, gilin içindəki kimyəvilər dərimiz yenilənərkən istifadə etdiyi və ifraz etdiyi kimyəvilər ilə az qala eynidir. Bu səbəblə dərini dərininə təmizləyər, bəsləyər və toksinlərdən təmizləyər. Qara nöqtə və sızanaq meydana gəlməsininin qarşısını alar.
Kükürdlü sabun: Kükürd, dəridəki yağ tarazlığını təmin edər. Xüsusilə yağlı dəri quruluşunda olanlara kükürdlü sabun təklif edilir. Ölü dəriləri təmizləyər, hamarlaşdırar və sızanaqları qurudar.
Gül sabunu: Gül və gül yağı qədər gül sabunu təsirlidir. Çox köhnə zamanlarda qadınların ən böyük gözəllik köməkçisi olan gül, dərini möhkəmləşdirər. İşıltı və parlaqlıq verər. Sızanaqları yox edər və dəridə olan izlərə qarşı çox təsirlidir.
Ərik sabunu: Ərik sabunu tam mənası ilə bir nəmləndiricidir. Dəriyə nəmini verərkən, yağ nisbətini tarazlaşdırar. Dəridə yeni hüceyrə meydana gəlməsini sürətləndirər. Sızanaq əmələ gəlməsinin və dərinin yaşlanmasının qarşısını alar.
Çobanyastığı sabunu: Dəri ləkələrinə və qaralmalarına qarşı tədbirlidir. Dərini istirahət etdirər və yatırar. Dəridəki qaşınmanın qarşısını alar. Göz altı şişliklərdə tövsiyə olunur. Selülit müalicəsində, selülit meydana gəlməsini yavaşladar.
Zeytunyağı sabunu: Dərini hamarlaşdırar. Parladar və canlandırar. Sızanaq və qara nöqtə meydana gəlməsinin qarşısını alır.
Lavanta sabunu: Dəriyə təbii parlaqlığını verər və işıltı təmin edər. Dəri yanıqlarında, qara nöqtələrdə təsirlidir. Sızanaqları sürətlə müalicə edər.