Nifrət və Məhəbbət

Son güncelleme:
  • düşündürücü hekayələr - nifrət hekayəsi - məhəbbət hekayəsiBir gün bir ev yanırdı. Nurani bir kişi görür ki, bir qarğa saman çöpünü dimdiyində gətirib yanan evin üstünə atır.

    Qoca soruşdu:
    — Ay qarğa axı sənin gətirdiyin saman çöpü alovu gücləndirməyəcək ki, nə üçün belə edirsən?
    Qarğa cavab verdi:

    — Mən bununla insanlara öz nifrətimi bildirirəm.
    Elə bu vaxt kiçik bir qaranquş dimdiyindəki bir damcı suyu alovun üstünə atdı.

    Qoca soruşdu:
    — Ay qaranquş niyə zəhmət çəkirsən, axı bir damcı su alovun sönməsinə necə təsir edəcək?

    Qaranquş cavab verdi:
    Mən bununla insanlara öz Məhəbbətimi bildirirəm.

    alıntı
0 0 0