Hindistan feodalizmdə

Son güncelleme:
  • orta əsrlər tarixi - indistan tarixi - hindistan mədəniyyətiHindistanda feodalizmin ilkin əlamətləri IV- V əsrlərdə yaranmışdır. V əsrin ortalarında feodal qaydalarının inkişafı nəticəsində Qupta imperiyası dağıldı. Qupta imperiyasının dağılması nəticəsində quldarlıqdan feodalizmə keçid yarandı.

    Xarşa dövləti (VI-648)
    VI əsrdə Hindistanda Xarşa dövləti yarandı. Xarşa keçmiş Qupta imperiyasına daxil olan torpaqların bir hissəsini özündə birləşdirdi. 648-ci ildə daxili çəkişmələr nəticəsində Xarşa dövləti dağıldı və feodal dağınıqlığı başladı.

    Feodal dağınıqlığının əsas səbəbləri:

    * Kasta quruluşunun mövcud olması;
    * Kənd icmalarının mövcud olması;
    * Şəhər və kənd icmaları arasında əmək bölgüsünün zəif olması;
    * Natural təssərrüfatın hökm sürməsi;
    * Racələrin müstəqilləşməsi;
    * Xarici hücumlar.

    VIII əsrin əvvələrində ərəblər Hindistanın şimal-qərbini fəth etdilər. Tezliklə Hindistanda Mənsurə və Multan müsəlman əmirlikləri yarandı. 1002-1026-cı illərdə Sultan Mahmud Hindistana yürüş edərək Pəncab, Kəşmir və Qucarat əyalətlərini ələ keçirdi.
    +-
    Hindistan mədəniyyətinə aiddir:

    * Buddizm;
    * Çarvaklar məktəbi;
    * Riyaziyyat elminin inkişafı;
    * Acantada mağara məbədlərinin inşası;
    * Hinduizm (müxtəlif dini inanc və təriqətlər, mürəkkəb çoxallahlılıq təliminə əsaslanan dini sistem idi);
    * Freskalardan istifadə(divar rəsmi);
    * Rəqs edən allahın heykəli;
    * Tökmə dəmir qüllənin inşası (Vəsr).

    alıntı
0 0 0