qoymuşdur. Öncə pravoslav olan Uklein duxobor (pravoslav kilsəsi mərasimlərini rədd edən dini təriqət) təriqətinə daxil olur, sonra onlardan ayrılaraq özünün xüsusi dərnəyini yaradır. O, yeni təlimi açıq şəkildə təbliğ etmək üçün öz ardıcıllarından 70 «apostol» («həvari») seçərək, onlarla birgə «Zəbur»dan surələri ucadan oxuyaraq Tambova daxil olur. Lakin polis onları həbs edir. Yalançı «apostollar» pravoslav dininə qayıdaraq azad olunurlar, Ukleinin özü isə, tənbeh olunması üçün ruhanilərin ixtiyarına verilir. О da özünü pravoslavlığa qayıtmış kimi göstərərək azad olunur. Ancaq bundan sonra da, Uklein öz təlimini, əvvəlkinə nisbətən ehtiyatla, təbliğ etməkdə davam edir. O, Tambov, Voronej, Saratov, Yekaterinoslav, Həştərxan quberniyalarına, Don Ordusu torpaqlarına və Qafqaza səyahət edir.