Fələsə kəlməsi yunanca "phileo" (sevgi) və sophia (müdriklik) sözlərinin yan- yana gəlməsindən yaranır. Fhilosophia(müdriklik sevgisi).
Yunanlı mütəfəkkirlər üçün "biliyi sevmək, biliyin arxasınca qaçmaq" mənasını daşıyar.
Yəni fəlsəfə sadəcə məlumatı, biliyi sevməkdirmi?
Bu mövzunu bir nümunə ilə təyin edək. Sən heç dünyanın niyə 365 gün və altı saatda bir tur tamamladığını, yəni, bir il deyə niyə bu hərəkəti təyin etdiyimizi düşündünüzmü? Yəqin ki, düşünmüsən. Bax bunun kimi bilmədiyin, öyrənmək istədiyin bir çox mövzu var. Əslində filosolar da belə şeylər düşünürlər. Bunların necə ola biləcəyini, nələrin bunlara yol açdığını öyrənməyə çalışırlar. Elə dərin düşünürlər ki, bu mövzuları anlamağa, şərh etməyə və həyatı mınalandırmağa çalışırlar. Müəyyən mənalar tapdıqlarına inandıqkarı zaman da "Fəlsəfə sistemlərini" meydana gətirmiş olurlar.
Eləs isə fəlsəfə, həyatı bir şəkildə mənalandıra bilmə səyidir?
Bəli, həyatı və həyatda mövcud olan hər şeyi. Filosof sual soruşar, bilmək istəyər və öyrənməyə çalışar. Bilik onun üçün çatılması lazım olan bir şeydir və ona çatmaq üçün hey qaçar. Tam çatdığını zənn etdiyi anda da yeni suallarla qarşılaşar.
Məşhir filosoflardan Platonun bir sözü var: "Fəlsəfə, doörunu tapma yolunda, fikri bir çalışmadır." deyir. Lakin, burada ortaya çıxan sadəcə yeni məlumatlar deyildir, filosofun məhusulu, bir əxlaq anlayışını, həyat biçimini doğurar. Nümunə olaraq, dünyanı ideyalardan meydana gəlmiş, (yəni sadəcə düşüncələrdən və bu düşüncələrin görünüşlərindən) bir quruluş olaraq qavrayan bir fəlsəfə təlimatçısı, həyata dair bütün mühakimələrini də ona görə meydana gətirər.
Filosoflar fəlsəfə üçün nələr deyirlər?
Fəlsəfə etmək, ölməyi öyrənməkdir.
Karl Jaspers
Fəlsəfə nələri bilmədiyini bilməkdir.
Sokrates
Doğrunu tapmaq yolunda fikri(idealist) bir çalışmadır.
Platon
Qanunlar ya da ilk səbəblər elmidir fəlsəfə.
Aristotel
Xoşbəxt bir həyat təmin etmək üçün, tutarlı hərəkətli bir sistemdir.
Epikuros
Fəlsəfə Allahı bilməkdir və gerçək fəlsəfə ilə, gerçək din eynidir.
Augustinus
İnanılanı anlamağa çalışmaqdır.
Anselmus
İnanılanın inanılmağa dəyər olub- olmadığını araşdırmaqdır.
Abaeladrus
Tanrıdır mövzusu, Tanrının tanıdılmasıdır.
A. Thomas
Tənqiddir.
CAmpenella
Təcrübə və müşahidəyə dayanan elmi məlumatlar üzərində düşünməkdir.
F. Bacon
Fəlsəfə etmək, doğru düşünməkdir.
T. Hobbes
Fəlsəfə bir elmdir və həndəsi üsulu metafizikaya tətbiq etmək lazımdır, fəlsəfəni qəti bir elm etmək üçün.
Descartes