Qadın və Beyin

Son güncelleme:
  • Qadın: İlahi, o gedir, gedir, məni atır (ağlayır)
    Beyin: Yaxşı ki gedir...
    Qadın: Bunun nəyi xeyirdi? Əclaf əşyalarını yığışdırır...
    Beyin: Sızıldama, sevin. Dəyirman kimi əl-qolunu yelləmə, gülümsə...
    Qadın: Əclaf! Çamadanı doldurur. Özünə hörmət edən kişi təkcə ayaqqabı və corabını götürər. Bu əclaf maykalarını da götürür… (ağlayır)
    Beyin: Gülümsə!
    Qadın: Bəlkə, boynuna sarılım? Qarşısında diz çöküm?
    Beyin: Axmaq!
    Qadın: Bəlkə, başına tava ilə vurum?
    Beyin: ?
    Qadın: Sonra yedirərəm. Bu yolla sağalana kimi iki ay saxlayaram. Bəlkə, sonra mənə öyrəşər, getməz?
    Beyin: Cinayətkarsan. Qüvvələri hesaba almırsan?
    Qadın: Belə ağıllısansa, de, nə edim?
    qadin beyiniBeyin: Gülümsə....
    Qadın: Burada yaxşı nə var? Mən tək qalıram (ağlayır).
    Beyin: Gülümsə, azad qadın olursan...
    Qadın: Nəyimə lazımdı belə azadlıq?
    Beyin: Gülümsə. Azadlıq gözəldir.
    Qadın: Nədi gözəlliyi?
    Beyin: Braziliya dili öyrənərsən – seriallara tərcüməsiz baxarsan. Bunu nə vaxtdı arzu edirdin.
    Qadın: Vaxt olmurdu.
    Beyin: Maliyyə işlərini özün tənzimləyərsən.
    Qadın: Şuba alaram, bantlı yay ayaqqabısı… (göz yaşlarını silir)
    Beyin: Hüquq şöbəsindən olan o oğlanla nahar etməyə gedərsən. Sənə elə baxırdı ki...
    Qadın: (gülümsəyir) Aha. Makdonaldsa gedərik. O mənə təklif eləmişdi. Şuba, bantlı ayaqqabı...
    Beyin: Heç kimə yemək hazırlamayacaqsan, paltar yumayacaqsan...
    Qadın: Manikür, pedikür, maska, massaj (xoşbəxtcəsinə gülür)
    Beyin: Bax, bu pozitiv cəhətləri görmürdün.
    Qadın: Ax, yaşayacağam!!! (qalib ədası ilə gülür) Ooooooooooooo!!!!!!
    Beyin: Nə?
    Qadın: O, çamadanı qucaqlayıb, mənim dizlərimi öpür. Bağışlamağımı istəyir. Qalmaq istəyir.
    Beyin: Oy!
    Qadın: Bəs azad qadın nə olacaq? (ağlayır) Şuba, bantlı ayaqqabı, hüquq şöbəsindən Vasya nə olacaq?
    Beyin: Belə yaxşıdır, belə yaxşıdır

    alıntı
0 0 0