Kakaolu Türk Paxlavası

Son güncelleme:
  • Kakaolu Türk Paxlavası Tərkibi - Kakaolu Türk Paxlavası Hazırlanması - Şirin xəmir işləri
    Tərkibi:

    2 yumurta
    1 armudu st. "Zeytun bağları" zeytun yağı
    1 armudu st. qatıq

    Qabartma tozu

    2.5-3 st.un (aparana qədər)
    1 çimdik duz
    2 x.q.kakao

    İçi üçün:

    qoz, badam, fındıq ləpəsi
    Şəkər tozu
    Vanil
    Hil

    Üzərinə:

    Əridilmiş "Wellington: kərə yağı 1.5 st
    1 yumurta
    Yaşıl kokos

    Şərbəti üçün:

    1.5 st.şəkər tozu
    1 st.su
    yarım limon

    Hazırlanması:

    Ərzaqlar qarışdırılıb xəmir yoğurulur, acıması üçün yarım saat saxlanılır.
    Sonra hazır xəmir 10-12 kündəyə bölünür. Hər kündə yayılaraq arasına 2 xörək qaşığı içlik tökülür, rulet kimi bükülür və şəkildəki qaydada tavaya yığılır.
    Sonra kvadrat formasında kəsilib, üzərinə yumurta sürtülür,yağ əridib üzərinə tökülür və 180 dərəcə isidilmiş sobada bişirilir.
    Şərbət qaynadılır. Paxlava bişdikdən sonra şərbət paxlavanın üzərinə tökülür və gözəl görünüş vermək üçün üzərinə yaşıl kokos tökülür.
    Kakaolu türk paxlavamız hazırdır.
0 0 0