Hər gözəl şey zamanı gəlincə bitir. Artıq yavaş-yavaş qış aylarına giririk və yay ilə vidalaşırıq. Qış aylarının gəlməsi ilə də başımızı ən çox ağrıdacak olan qrip xəstəliyi ilə yenə üz-üzəyik.
Bəs qripdən qorunmaq üçün hansı yeməkləri yeməliyik?
Somon balığı: Somon balığı tərkibindəki yüksək nisbətdə olan Omeqa-3 sayəsində immunitet sistemini qüvvətləndirir. Ürək sağlamlığımız üçün lazımlıdır. Ayrıca yüksək kalsium ilə sümükləri gücləndirir. İmmunitet sistemini qüvvətləndirməsi səbəbi ilə qrip və soyuq dəyməyə tutulmamızın qarşısınınalır. Həftədə 1-2 dəfə bu balıq növündən yemək çox əhəmiyyətlidir.
Quru paxla: İmmunitet sistemini gücləndirən quru paxla bol lif qaynağıdır. Yüksək nisbətdə olan qan şəkərini salır və xolesterolu tarazlaşdırır. Həftədə 1-2 dəfə quru paxlanı menyunuzdan əskik etməyin.
Kələm: Xərçəng xəstəliyinin bədənimizdə meydana gəlməsinin qarşısını alan qüvvətli bir antioksidant olan kələm, immuniteti sürətlə yüksəldir və qüvvətləndirir. Çox az bişirərək yenilən quru kələm qripdən orqanizmi qoruyur.
Qırmızı bibər: Qırmızı bibər yüksək nisbətdə antioksidant bir qidadır. İmmunitet sistemini təmir edir. Bu səbəblə, xəstəliklərə qarşı bizi qoruyur. Xüsusilə, çiy olaraq salatlar ilə yeyildikdə xeyirli olur.
Brokoli: Ən böyük xərçəng düşməni olan brokoli, bol C vitamini ilə boldur. İmmunitet sistemini sürətlə yüksəldir. Xəstəliklərə qarşı anticisim istehsalını artırır.
Turp: Turp təbii bir antioksidant və antibiotikdir. Xüsusilə qrip və soyuq dəymənin qarşısın alır.
Sarımsaq və soğan: Sarımsaq və soğan yüksək nisbətdə antioksidantdır. Qrip və soyuq dəymə üçün bişirilmədən yeyilməsi tövsiyə edilir.