Sağlam qidalanaq

Son güncelleme:
  • düzgün qidalanma - sağlam olaqƏdviyyatlar

    Az qala bütün ədviyyatlar bədənin qələvi ifraz etməsinə köməçki olur. Müxtəlif xəstəliklərlə mübarizə etməsini asanlaşdırar, antioksidan möhkəmlətməsinə yardımçı olar. Xüsusilə nanə, reyhan, zəncəfil, zirə, keşniş, şüyüd, cəfəri və tərxundan istifadə etməniz tövsiyyə edilir.

    Sarımsaq və soğan

    Sarımsaq və soğan istifadəsi həzmi asanlaşdırır ,yaşlanmanı gecikdirir.

    Dəniz duzu

    Xörək duzunun hazırlanmasında bir sıra kimyəvi əməlliyatlar aparıldığı üçün turşu nisbəti xeyli yüksəkdir. Məsləhətdir ki,dəniz duzu istifadə edəsiniz.

    Limon

    Gündə ən azı iki dəfə limonlu su içməlisiniz. Alkalin yaradan bu meyvə,yediyimiz turşulu qidaların zərərini minimuma endirəcəkdir.

    Lifli qidalar

    Ümumiyyətlə, bütün tərəvəzlər bədənin qələvi nisbətini artırır, ancaq lifli qidalar daha xeyirlidir. Lifli qidalarda antioksidan və lif nisbəti də olduqca yüksəkdir. Yenə də noxudun, qardığalının və quru paxlanın turşulu tərəvəzlər olduğunu unutmamalısınız.

    Balıq

    Həftədə iki və ya üç dəfə balıq yeməyiniz məsləhətdir. Xüsusilə somon balığında olan omeqa-3 qızartı, alergiya və qırışların meydana gəlməsinin qarşısını alır. Dəri sağlamlığı baxımından da çox faydalıdır. Selenium isə dərinin elastikliyini qoruyur.

    Fındıq

    Yer fıstığı ya da şam fıstığının əvəzinə, daha sağlıqlı olan quru meyvələrdən istifadə edin.

    Yağlar

    Zeytun,kətan toxumu,avokado,hindistan qozu və findiq yağı bədəni turşulardan təmizləməkdə kömək edən, daha sağlıqlı yağlardır.

    Tünd yarpaqlı tərəvəzlər

    Vitaminlərlə bol olan və qələvi anbarı olaraq adlandırılan kahı və soya bitkiləri dəri üçün çox faydalıdır.

    Su filtri

    Artiq hər yerdə satışda olan, fərqli markaların su filtirləri var. Bu filtirlər turşuları azaldır, suyu təmizləyir. Gün ərzində ən azı səkkiz stəkan su içməyə vərdiş edin.

    Meyvələr

    Gündə ən azı iki boşqab meyvə yeməyiniz lazımdır. Hər meyvədə də fərqli vitaminlərin olduğunu unutmayın.

    Dənli bitkilər

    Buğda və düyünün turşu nisbəti yüksək lduğunu bilirik, yulaf və quru meyvədə isə tam əksinə qələvi nisbəti yüksəkdir.

    alıntı
0 0 0