Sevən ürək tortu

Son güncelleme:
  • tortlarTərkibi:

    15 ədəd yumurta

    4 st şəkər tozu

    4 st un

    2 ədəd vanil

    2 ədəd qabartma tozu

    250 q xırdalanmış qoz ləpəsi

    Krem üçün:

    250 qr kərə yağı

    1 banka qatılaşdırılmış süd

    2 ədəd vanil

    Bəzəmək üçün:

    Şanti krem

    Şokolad

    Zər və muncuqlar

    Doğranmış qoz

    Hazırlanması:

    Xəmirimizi hazırlamağa başlayaq. 10 yumurtanı yaxşıça çalırıq (bu alt hissənin biskvitidir).

    2 st şəkər tozunu əlavə edib yenə yaxşıca çalırıq.

    Sonra isə iki dəfə ələnmiş 2 st una vanil və qabartma tozunu qarışdırıb kütləyə əlavə edirik

    Qazana karka kağızı yerləşdirib yağlayırıq. Daha sonra kütləni (yapışmayan qazana) əlavə edib, qapağına dəsmal büküb, ağzını kip örtərək qazın üstündə az xodda bişməyə qoyuruq, yarım saat qazanın ağzını açmaq olmaz, sonra baxaraq əgər bişməyibsə yenə qapağını qoyub gözləyirik.

    Bişdikdən sonra biskvitin qıraqlarını səliqə ilə qazanın divarından ayırıb soyumağa qoyuruq, daha sonra tərkibi 5 yumurta, 1st şəkər tozu, 1st un, qabartma tozu olan 2 biskvit daha hazırlayırıq.

    Soyuduqdan sonra adi qaydada kremləyib, arasına qoz səpib, üst qatını ürək formasında kəsirik.

    İstənilən zövqə görə bəzəməyə başlayırıq, mən bəzəmək ücün şanti kremdən, şokoladdan istifadə etdim.

    Tortumuz hazırdır.
    Nuş olsun!

    alıntı
0 0 0