düşündürücü hekayələr - ibratlı hekayəÇox varlı bir adam ölmünün yaxınlaşdığını hiss edib oğlunu yanına çağırdı və " Öləndə məni corablarımla basdırın " , deyə vəsiyyət etdi. Oğlu səbəbini bilməsə də, razılaşdı.
Sonra adam oğluna bir məktub verib, " Mən öləndən sonra bir çətinə düşsən, bu məktubu açarsan " , dedi.
Vaxt gəldi və adam ruhunu tapşırdı. Qohum əqrəba yığışdılar.
Oğlu isə, " İndi mən onu corabları ilə necə basdırım " , deyə fikirləşməyə başladı. Bir molla tapıb dərdini ona danışdı. Ancaq molla bu işə heç cür razılıq vermədi.
Başqa bir molladan soruşdu. O da " Yox, bu heç cür mümkün deyil " , deyə etiraz etdi.
Oğlü çarəsiz qaldı. Birdən ağlına atasının verdiyi məktub düşdü.
Məktubu açıb bu sözləri oxudu:
" Oğlum,görürsən ki, bu qədər var-dövlətim olsa da, yanımda bir corab apara bilmirəm. Artıq qalanını sən özün fikirləş " .