Üzüm Qurabiyəsi

Son güncelleme:
  • Üzüm Qurabiyəsi Tərkibi - Üzüm Qurabiyəsi Hazırlanması
    noimage
    Tərkibi:

    250 qr yumşalmış Wellington kərə yağı
    3 ədəd yumurta ( 1-nin ağını götürüb kənara qoyuruq)
    2 st. şəkər pudrası
    Yarım st.süd
    2 st. qarğıdalı unu
    4-5 st un
    Qabartma tozu
    Vanil
    İstənilən rəng və ya meyvə suyu

    Üzəri üçün:

    1 ədəd yumurtanın ağı

    Hazırlanması:

    Yağı, yumurtanı, pudra şəkərini və südü əlimizlə qarışdırırıq.Un,nişasta,qabartma tozu və vanili əlavə edib, yumşaq xəmir yoğururuq.Üzümün gilələrini istənilən rəngə boyayırıq,yarpaqları üçün yaşıl rəng və ya ispanağın suyundan istifadə edirik.Xəmirdən fındıq boyda şarlar hazırlayırıq.Hazırladığımız kürələrdən üzüm salxımı forması düzəldirik.Yarpağını hazırlamaq üçün xəmri yayıb, yarpaq forması kəsirik və üzüm salxımının baş hissəsindən qoyuruq.Hazırladığımız qurabiyələri listə,yağlanmış kalka kağızının üstünə qoyuruq .Soyuducuda yarım saat saxladıqdan sonra üzərinə yumurtanın ağını vurub 160 dərəcəli sobada bişriririk.
0 0 0