qadın dünyası - qadınların bədən dilinin bizə nələr dediyini bilirsinizmiBarmaqlar: Bir qadın barmaqlarını saçlarına aparırsa qarşısındaki kişinin diqqətini çəkməyə çalışır deməkdir. Barmaqlarını sərt və sürətli bir şəkildə saçlarına aparırsa, səbirsiz və utancaq, yavaş aparırsa eşq onun üçün çox əhəmiyyətlidir.
Fiziki təmas: Danışma əsnasında qadın kişiyə toxunursa, qadın kişiyə təsir etməyə çalışır. Gülərkən qolunuza yüngül toxunuşlar edən qadın, qarşısındaki kişidən təsirlənmiş və marağını çəkmişdir.
Əllər: Qarşınızdaki qadın davamlı əllərinə baxırsa sizdən xoşlanmışdır. Çox utancaq qadınlar qarşısında kişinin gözlərinə baxa bilməz və əllərinə baxar. Əlləri ilə masada və ya stəkanlarda ritim tutan qadın, qətiliklə bir şeyə əsəbiləşmiş və sıxılmışdır. Əlini çənəsinə söykəyərək düşüncəli baxan qadın sizdən təsirlənməmişdir.
Qollar: Qolların bir-birinə qovuşması və kürəyini tik şəkildə kresloya söykəyən qadın qızğındır. Kişidən elektrik almamışdır və ona güvənməməkdədir. Bu vəziyyəti müsbət hala gətirmək çox çətindir.
Dodaqlar: Qadın dodaqlarını isladır və ya dişləyirsə eşqbazlıq etməyə hazırdır. Sizdən çox xoşlanmış və əlaqəyə girmək istəməkdədir.
Gözlər: Xoşlanan qadının göz bəbəkləri böyüyər. Göz əlaqəsi qurmaq istəməyən qadın qətiliklə sizdən xoşlanır. Göz əlaqəsi qurub, sizinlə uzun söhbət edirsə bir eşqbazlıq mərhələsi keçirə bilərsiniz.
Ayaqlar: Ayaqlar oturarkən sizi işarə edirsə qadın sizdən xoşlanır deməkdir. Sizə dönük deyilsə kişi təcili olaraq bir şeylər edib, marağı özünə çəkməlidir.