Alçheimer xəstəliyi

Son güncelleme:
  • alçheimer xəstəliyi nədir - proqressiv xəstəlik alçheimerBu xəstəlik Böyük Britaniyada təxminən 496 000 adama rast gəlinən, müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. 'Kəm ağıllılıq' termini bir sıra simptomları əhatə edir, hansı ki, buraya; yaddaş itkisi, əhval-ruhiyyə dəyişiklikləri və mühakimə etmək kimi problemlər daxildir. Beyində zöhrəvi xəstəliklər və zədələnmələr baş verdikdə Alçheimer xəstəliyinə yol açmış olur. İlk dəfə alman nevropatoloqu Alois Alzheimer, Alçheimer xəstəliyinin beyinə təsir göstərən fiziki xəstəlik olduğunu müəyyən edib. Xəstəlik müddətində zülal ‘lövhələri’ və ‘dolaşıqlıq’lar beyin strukturunda inkişaf edərək beyin hüceyrələrinin ölümünə səbəb olur. Alçheimer xəstəliyi olan insanların beyinlərində vacib kimyəvi preparatın çatışmazlığı var. Bu kimyəvi preparatlar beyin çərçivəsində məlumatların ötürməsi ilə əlaqəlidir.

    Alçheimer xəstəliyi proqressiv xəstəlikdir ki, tədricən, uzun müddət ərzində, beyinin daha çox hissələri zədələnir. Bu baş verdikcə simptomlar daha şiddətli olur. Alçheimer xəstəliyinin ilk mərhələlərində insanlar yaddaş pozğunluğu və düzgün sözləri tapmaqda problemlər yaşayırlar.
    Necə ki xəstəlik tərəqqi edir, bu kimi hallar ola bilər:

    Qarışıqlıq yaşamaq, dəfələrlə insan adları və yerlərin adlarını, hadisələri unutmaq.
    Əhval-ruhiyyə dəyişiklikləri; yaddaş itkiləri qəmginlik, hirs, qorxuducu hərəkətlərə yol açır.
    Hər şeydən uzaqlaşmaq, inamsızlıq və ünsiyyət problemləri.
    Gündəlik fəaliyyətlərdə çətinlik yaranması - mağazalarda hər şeyi qatıb qarışdıra bilərlər və ya TV istifadəsində inamsızlıq yarana bilər , belə ki, necə istifadə etmək lazım olduğunu unuda bilərlər.
    Xəstəlik inkişaf etdikcə, Alçheimer xəstəliyindən əziyyət çəkənlər, onların qayğısına qalan ətraf insanlardan daha çox dəstəyə ehtiyac duyurlar.
    Nəticədə gündəlik fəaliyyətləri üçün ətrafdan köməyə ehtiyac duyurlar

    Alçheimer xəstəliyinin ümumi simptomları olduğu kimi, yadda saxlamaq vacibdir ki, hər kəs özünəməxsusdur. Belə ki, Alçheimer xəstəliyini hər kəs eyni üsulla keçirtməyə bilər.
    Hələlik heç bir faktor Alçheimer xəstəliyinin əsas səbəbi kimi bilinməyib. Bir neçə ümumi faktorlar vardır, hansı ki, bunlardan; yaş dövrü, genetik irsiyyət, ekoloji faktorlar, həyat tərzi, ümumi sağlamlıq problemləri daxildir.
    Bəzi insanlarda simptomlar meydana çıxmadan əvvəl uzun müddət yavaş dərəcədə inkişaf edə bilər.

    alıntı
0 0 0