Evlilikdən sonra sevgi bitərmi

Son güncelleme:

  • Həyat yoldaşım mühəndisdi. Onunla sakit təbiətini sevdiyim üçün evlənmişdim. Bu sakit insanın sinəsinə başımı qoyub, düşüncələrə dalmaq mənə necə də dinclik verərdi
    Lakin iki il nişanlılıq, beş il evlilikdən sonra bu sakitlik məni yormağa başlamışdı. Ərimin- bir vaxtlar bu çox sevdiyim bu xüsusiyyəti məni artıq narahat edirdi.

    Söhbət münasibətə gəldiyi zaman həədən ziyadə həssas bir qadınam. Romantik anlara gülün suya düşkünlüyü qədər can atıram. Halbuki ərimin sakitliyi, başqa bir deyimlə, laqeydliyi, evliliyimizə romantizmi qatmaması məni eşqdən alıb, uzaqlara aparmışdı. Nəhayət qərarımı ona da açıqladım. Boşanmaq istəyirdim. Çaşqınlıqdan gözləri açılaraq "niyə?" deyə soruşdu.

    "Həqiqətən də bəlli bir səbəbi yoxdur, sadəcə yoruldum mən" deyə cavab verdim. Bütün gecə boyunc sus qaldı. Düşünürdü. Bu vəziyyəti isə ümidsizliyimi, qırılan xəyallarımın artışını sürətləndirməkdən başqa bir işə yaramırdı. Gör ki, sıxıntısını çölə vurmaqdan belə aciz bir insanla evli idim. Ondan nə gözləyə bilərdim ki?! Axırda sual verdi mənə: "Səni fikrindən daşındırmaq üçün nə edə bilərəm?" Deməli söylədikləri doğru idi. İnsanların xarakteri əsla dəyişmirdi. son inanc qırıntılarım vardı, onlar da itmişdi.

    "Bax problem də bu" dedim. "Sualın cavabını özün tapıb, məni razı edə bilsən, qərarımdan dönərəm"
    "Deyək ki, dağın təpəsində uçurumun kənarından bir çiçək var. O çiçəyi mənim üçün qoparmaq, yıxılıb, bütün vücudunun sümüklərinin qırılmasına, hətta ölümünə səbəb olsa belə bunu edərsənmi?"
    Üzümə diqqətlə baxdı və "Sənə bu sualın cavabını sabah verəcəm" dedi.

    Bu cavabla son ümidim də itmişdi. Sabahsı gün qalxdığımda evdə yox idi. Boş bir süd qabını stolun üstünə qoymuş, altına da bir məktub. "Sevgilim" deyə başlayırdı " O çiçəyi sənin üçün qopara bilmızdim" Qəlbim yenə qırılmışdı. Oxumağa davam etdim. "Çünki hər zaman etdiyin kimi kompüteri alt- üst etdikdən sonra monitorun qarşısında ağladığın zaman, onu təkrarən səhmana salmağım üçün əllərimə ehtiyacım var".
    Açarları daima evdə unutduğunu bildiyim səbəbindən, evə səndən əvvəl qaça bilməyim üçün ayaqlarıma ehtiyacım var".

    "Maşın sürməyi çox sevdiyin halda şəhərdə bütün hər zaman yolu itirdiyindən, yolu göstərə bilməyim üçün gözlərimə ehtiyacım var".
    "Sadiq dostunun hər aykı ziyarətində özü ilə birlikdə gətirdiyi, qarnındakı o istəmədyin ağrıları rahatlada bilməyəm üçün ovuclarıma ehtiyacım var".
    "Evdə oturmağı sevdiyin üçün, içə qapanıqlığını dağıtmaq, can sıxıntılarını yüngülləşdirmək üzrə sənə zarafatlar edə bilməyim, hekayələr danışa bilməyim üçün ağzıma ehtiyacım var".
    "Səhərdən ta axşama qədər kompüterə baxmaqdan gözlərinin xarab olması qaçınılmaz bir vəziyyət olduğundan, yaşlandığımız zaman dırnaqlarnı kəsə bilməyim, saçlarında görülməsini istəmədiyin- ağ telləri çıxara bilməyim, pilləkənlərdən aşağı enərkən əlini tuta bilməyim, çiçəklərin rəngini- gəncliyində sənin üzünün rəngi kimi olduğunu söyləyə bilməyim üçün gözlərimə ehtiyacım var".

    "Amma səni məndən daha çox sevən biri varsa, bəli, o uçuruma gedib, o çiçəyə sənin üçün qopara bilərəm mənim tək sevdiyim!" Baxdım, məktubdakı yazının mürəkkəbləri yer- yer dağılırdı. Göz yaşlarım məktuba tökülürdü... "Məktunu oxudunsa və qəlbin razı oldusa, xaiş edirəm qapını aç gülüm. Çox sevdiyim küncütlü çörək və südlə qapıda gözləyirəm" Qaçaraq qapını açdım. Narahat bir üz ifadəsi ilə əllərində tutduğu küncütlü çörək və südlə qapının ağzında idi.

    Artıq çox yaxşı bilirdim. Məni ondan daha çox heç kimsə sevə bilməz. O çiçəyi uçurumun kənarında buraxmağa qərar verdim! İlk illərdəki həyəcanlar içində görməyə öyrəşdiyimiz eşqin, illər sonra o həyəcan itib, getdiyində dinclik və sakitlik içində həmişə var olmağa davam etdiyini görə bilmirik... Halbuki sevgi hər zaman mövcuddur. Bəlkə artıq həyəcansız, bəlkə artıq romantik deyil. Bəlkə sıxıcı, bəlkə eyni qaydada davam edən, hətta bəlkə üzsüz. Amma həmişə oralarda bir yerdədir.

    Sevgi zamanla artan, paylaşdıqca bitməz, əksinə daha dərinləşir. Ancaq zaman ötdükcə o sadəcə görünüşünü dəyidirər. Fəqət, bu dəyişən görünüşünə rəğmən o sevgi hələ bizim öz sevgimizdir. Eynilə hələ də ağlamasa da, şirinliklər etməsə də, bəlkə də illər öncəki kiçik və şirin halına heç bənzəməsə də. 20 yaşındakı övladımızın illər öncəki uşağımızla eyni olması kimi. Halbuki fiziki- görünüşü dəyişmişdir bəlkə, lakin özü hələ də eynidir. Bəli, uşaq böyüyüb, bambaşqa yetkin bir insan olduğunda da hər şey dəyişmişdir, lakin bu uşağınız dəyişdi, başqa bir insan oldu, bu səbəbdən də artıq sizin övladınız deyil mənasına gəlməz. Elə isə sevgiyə bitdi- bitmədi gözü ilə deyil, bir az da belə baxın! "Davamlı qozun qabığı ətrafında gəzən insan qozu sadəcə qabığından ibarət zənn edər." "Bu insanoğlu nə qəliz. Evləndikdən sonra "həyəcan bitti" deyə məhkəməyə, imatahanlardan əvvəl isə "həyəcan çıxdı" deyə psixoloqa qaçar".

    Sevgi Allahın insanlığa vermiş olduğu ən gözəl duyğudur. Allahdan gələn isə hər zaman əbədi olar.


    alıntı
0 0 0