Uşaqlı qadınla evlənmək

Son güncelleme:
  • boşanmış qadın - qadını uşaqla birlikdə qəbul etmək - uşaqlı qadını sevməkAzərbaycanda boşanmış qadının yenidən ərə getməsi çətin məsələdir. Onun övladı olanda isə bu iş daha da çətinləşir. Valideynlər öz övladlarına əvvəllər ailə qurmamış qız axtarırlar. Boşanmış qadınlarla isə elə boşanmış kişilər maraqlanırlar.

    Bəs subay oğlan uşaqlı qadını sevibsə, onda neyləməli? Uşağı atmağını istəmək, yoxsa qadını uşaqla birlikdə qəbul etmək? Uşağı böyüdüb boya-başa çatdırsan da, o sonda öz doğma atasını axtarmayacaq?

    Day.Az saytının əməkdaşı qeyd olunan məsələ ilə bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya bölməsinin rəhbəri Cahangir Məmmədovun fikirlərini öyrənib.

    "Uşaqlı qadını sevməkdə pis heç nə yoxdur. Axı sevən ürəkdir. Ürəyə də əmr vermək mümkün deyil. Əgər kişi qadını sevirsə, onu əhatə edən hər şeyi sevməlidir. Axı qadını vakuumda sevmir. Qadını əhatə edən aura, vəziyyət, böyüdüyü mühit, valideynləri, dostları, həm də uşağı olur. Qadını bütün bunlarla qəbul etmək lazımdır.

    Sözsüz ki, uşaqla dost olmaq lazımdır. Müəyyən yaş həddindədirsə, ona demək olar ki, doğma atası deyilsən. Əgər uşaq hələ körpədirsə, ya da öz doğma atasını xatırlamırsa, nəyə lazımdır ki, ona deyəsən ki, doğma atası deyilsən? Əgər sən ona doğma kimi yanaşsan, o da böyüyəndə arxasını çevirməyəcək sənə", - o qeyd edib.

    alıntı
0 0 0