Bişmiş tərəvəz salatı

Son güncelleme:
  • bişmiş tərəvəz salatı tərkibi - bişmiş tərəvəz salatı hazırlanması
    Tərkibi:

    3 kq badımcan
    1-1,5 kq pomidor
    1-1,5 kq bibər
    2-3 ədəd acı bibər
    10 diş sarımsaq
    1 dəstə cəfəri
    1 st bitki yağı
    2 x/q şəkər tozu
    5 x/q sirkə
    Azərduz yodlu narın xörək duzu

    Hazırlanması:

    Badımcan və bibərlər ikiyə bölünüb yaglanıb listə yığılıb 200 dərəcədə sobaya qoyulur. Pomidorun qabığı soyulub xırda doğranılır.Badımcan və bibərlər hazır olduqdan sonra sobadan çıxardılır, qabıqları soyulur.Sarımsaq xırda-xırda doğranılır.Cəfəri xırda-xırda doğranılır.Badımcan və bibərlər xırda doğranılaraq bütün ərzaqlarla birlikdə qazana əlavə edilir. Duz,yağ,şəkər tozu,sirkə əlavə edilib qarışdırılır. Hazır olana qədər bişirilir. Salatımız artıq hazırdır.
0 0 0